Accessibility links

Bərdə raket atəşinə tutulub, 4 mülki şəxs həlak olub


Oktyabrın 27-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu raket atəşinə tutması nəticəsində 4 mülki şəxs həlak olub.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Ofelya Cəfərova, Aybəniz Əhmədova, Ehtiram İsmayılov və 7 yaşlı Aysu İsgəndərova həlak olub, 7 nəfər xəsarət alıb.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu,” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitterdə yazıb.

Ermənistan rəsmisi Azərbaycan tərəfinin yaydığı məlumatı "yalan" və "çirkin təxribat" adlandırıb.

Ermənistan Müdafiə Nazirlyinin mətbuat katibi Şuşan Stepanyan Twitterdə yazıb ki, Ermənistan, yaxud özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun silahlı qüvvələri tərəfindən Bərdəyə heç bir mərmi atılmayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 27-dək Azərbaycanın 69 mülki vətəndaşı həlak olub, 320 nəfər yaralanıb.

Bu gün özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun prezidenti Araik Harutyunyan bildirib ki, Dağlıq Qarabağın müdafiə naziri Cəlal Harutuntyan ön cəbhədə yaralanıb. Azərbaycan tərəfinin yaydığı videodan görünür ki, onun olduğu bildirilən atomobil raket atəşinə məruz qalaraq yanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 109 nəfər yaralanıb.

Azərbaycan və Ermənistan oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın, oktyabrın 26-da ABŞ-ın təşəbbüsü ilə humanitar atəşkəslə bağlı razılıq əldə etsə də atışmalar davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG