Accessibility links

Bərham Salih İraqın prezidenti kimi vəzifəyə başlayıb


Kürd veteran siyasətçi Bərham Salih bu gün İraqın prezidenti kimi vəzifəyə başlayıb.

58 yaşlı Salih vəzifəyə müstəqil şiə Adil Əbdül-Mehdinin baş nazir təyin edilməsindən sonra keçib. Beləliklə 5 il davam edən siyasi çıxılmazlığa son qoyulub.

Salih İraqın planlaşdırma naziri və Kürdüstan regionunun baş naziri vəzifələrində çalışıb.

2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi ilə əldə edilən qeyri-rəsmi razılığa görə, İraqın prezidentliyi kürdlərin əlində olmalı, baş nazir şiə, parlament spikeri isə sünni olmalıdır.

Bu gün keçirilən rəsmi mərasimdə Salih fəxri qvardiya və sabiq prezident Fuad Məsum tərəfindən alqışlanıb.

Əbdül-Mehdi parlament seçkilərində 2 şiə blokun əksəriyyət əldə etməsindən sonra kompromis namizəd kimi baş nazir təyin edilib. O, şiə ruhani Müdtəda Əl-Sədrin güclü dəstəyini əldə edib. Əl-Sədrin tərəfdarları may ayı seçkilərində hazırkı baş nazir Heydər Əl-Abadi ilə blok təşkil edib.

Digər blokda isə siyasətçilər və İrana yaxın hərbi qruplaşmalar üstünlük təşkil edir. Onlar əvvəlcə Mehdini rədd edib, daha sonra isə sünni və kürdlərin onun tərəfinə keçməsi ilə ona dəstək nümayiş etdirib.

Bunu adının açılanmasını istəməyən şiə siyasətçi bildirib. Belə ki, onun mediaya şərh vermək səlahiyyəti yoxdur.

İraq şiələrinin lideri Ayətulla Əli Əl-Sistani vasitəçilərə deyib ki, baş nazir vəzifəsi əvvəlcə vəzifədə olana verilə bilməz. O, konsensus əldə edilməsinin vacibliyini önə çəkib.

İraqın cənub bölgəsinin tanınmış şiə tayfasının üzvü Əbdül-Mahdi iqtisadçı təhsili alıb. O, bir neçə il Fransada yaşayıb, fransız-ərəb jurnallarında redactor və araşdırma mərkəzlərində çalışıb.

Adil Əbdül-Mehdi
Adil Əbdül-Mehdi

Mehdi İraqın Kommunist Partiyası sıralarına 1970-ci illərdə qoşulub. Daha sonra İslam İnqilabının Ali Şurasına keçib. Bundan sonra qonşu İranda müxalifətə qoşulub.

ABŞ-ın İraqı işğal etməsindən sonra vitse-prezident, maliyyə və neft naziri vəzifələrini cira edib.

Mehdi yeni kabinetinin təsdiqini 30 gün ərzində parlamentə təqdim etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG