Accessibility links

Bəsrədə etirazlar nəticəsində 12 nəfər ölüb


İraq parlamenti Bəsrədə baş verən iğtişaşı müzakirə etmək üçün şənbə günü fövqəladə iclas keçirir. Şəhərdə bir neçə gündür ictimai xidmətlər, işsizlik və korrupsiya əleyhinə təşkil olunan etirazlar nəticəsində 12 nəfər ölüb.

Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata görə, bu həftə etirazlara 30 min nəfərin Bəsrədə çirklənmiş suyu içdikdən sonra xəstəxanaya yerləşdirilməsi səbəb olub.

İraqın Daxili İşlər Nazirliyi Bəsrədə komendant saatı tətbiq edib.

Bəsrə hava limanının rəsmisi deyib ki, şənbə səhər saatlarında hava limanının hüdudlarına üç Katyuşa raketi atılıb, lakin xəsarət alan olmayıb. Hücumun məsuliyyəti üzərinə alan olmayıb. Hava limanında uçuşlar təxirə salınmayıb.

Bəsra
Bəsra

Cümə günü Bəsrədə yüzlərlə etirazçı İran konsulluğuna hücum edərək, binanı yandırıb. Onlar “İran getsin, azad İraq” şüarları səsləndirib.

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məcub: “Diplomatik missiyaların hədəf alınması qəbuledilməzdir və İraqın maraqlarına ziyan vurur”.

ABŞ Dövlət Departamentinin sözçüsü Hether Nauert bəyanatda “Iraq konstitusiyasında dinc etiraz hüququ da, ictimai və mülki əmlakı qorumaq hüququ da var. Biz təhlükəsizlik qüvvələri və etirazçılar daxil olmaqla, bütün tərəfləri dinc etiraz etmək hüququnu qorumağa və diplomatlar və onların təsislərini mühafizə etməyə çağırırıq”, deyə bildirib.

Müxtəlif mənbələrin verdiyi məlumata görə, əksəriyyətinin şiələrdən ibarət olduğu şəhərin bir çox sakini İranın dəstəklədiyi siyasi partiyaları İraq siyasətinə müdaxilə etməkdə günahlandırır.

Ərəb mətbuatında yer alan məlumata əsasən, İran konsulluğuna hücumdan sonra İraqla Şalamca sərhədini bağlayıb və vətəndaşlarını Bəsrəni dərhal tərk etməyə çağırıb.

Bəsrənin təhlükəsizlik qüvvəsinin başçısı general Cəmil Əl-Şəmmari deyib ki, onun işçiləri etirazçılara hücum etməməyə çalışıb, lakin streateji hökümət təsislərini qorumaq çox vacibdir.

Şəmmari deyib ki, etirazlar dinc olmayıb və etirazçıların arasına zorakılıq yaratmaq istəyən qruplar sızıb. O, etirazçıların qumbara atdıqlarını, orduya aid nəqliyyat vasitələri və binaları yandırdığını və insanları öldürməyə çalışdığını söyləyib.

XS
SM
MD
LG