Accessibility links

Bəxtiyar Hacıyev polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb


İctimai fəal Bəxtiyar Hacıyev bu gün, oktyabrın 18-də intihara cəhd etdiyi zaman polis tərəfindən saxlanılıb və bir neçə saat sonra sərbəst buraxılıb.

Hacıyev saxlanılmamışdan öncə Facebook səhifəsində yazıb ki, Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Fəalın bildirdiyinə görə, artıq bir neçə aydır ki, hüquq-mühafizə və məhkəmə orqanları ona qarşı "mənəvi terror" kampaniyası aparır.

Hüquq müdafiəçisi Rüfət Səfrov bildirib ki, Hacıyev aksiya yerinə gedərkən yolda saxlanılıb.

"Hazırda Səbayel Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində saxlanılıb," Səfərov qeyd edib.

Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, ona qarşı “mənəvi terror var və bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmamasına” etiraz olaraq Prezident Administrasiyasının binası qarşısında özünü yandırmağa cəhd edib.

“Mən özümü yandırmağa cəhd etdim. Polis, Dövlət Təhlükəsizliyi Xidməti və məhkəmə aylardır davam edən bir “mənəvi terror” kampaniyası var və heç biri bir nəticə vermədiyinə görə bu addımı atdım,” o qeyd edib.

O deyib ki, hüquq-mühafizə orqanları araşdırma aparmasa, bir nəticə olmasa “eyni addımı təkrarlayacaq.”

Hacıyev bu gün prokurorluğun müstəntiqinin ondan şikayəti ilə bağlı izahat aldığını bildirib.

Son zamanlar sosial şəbəkələrdə ictimai fəalın şəxsi həyatına aid edildiyi bildirilən statuslar paylaşılır. Onun yazışmaları olduğu bildirilən məlumatlar yayılır. Bəxtiyar Hacıyev isə bu məlumatların ona aid olmadığını, şantaj edildiyini bildirib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Bununla yanaşı, hüquq-mühafiə orqanları Hacıyevin müraciətlərinə hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG