Accessibility links

Bəxtiyar Hacıyev deputat Fazil Mustafanın şikayəti əsasında polisə dəvət edilib


Bu gün, iyunun 22-də ictimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Bəxtiyar Hacıyev: Deputat toxunulmazlığına sığınıb vətəndaşları təhqir edirsə kimsə hüquqi müstəvidə ona qarşı çıxmalıdır

Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Bakı şəhər Baş Polis İdarəsində onu dinləyiblər, ifadəsini alıb sərbəst buraxıblar.

Bəxtiyar Hacıyev: Deputat toxunulmazlığına sığınıb vətəndaşları təhqir edirsə kimsə hüquqi müstəvidə ona qarşı çıxmaslıdır
please wait

No media source currently available

0:00 0:02:15 0:00

“Fazil Mustafa Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib ki, mən onun həyatına təhdidəm, onu hədələmişəm, şantaj etmişəm.”

Onun sözlərinə görə, millət vəkili son zamanlar ardıcıl olaraq həm mediada, həm sosial şəbəkələrdə Hacıyev barəsində nalayiq ifadələrdən istifadə edərək postlar yazdırır.

O öz ritorikasına uyğun ifadələrlə yenə məni təhdid etdi. Mən onunla bağlı ölkə rəhbərinə və hüquq mühafizə orqanlarına şikayət edəcəyimi bildirmişəm.
Bəxtiyar Hacıyev, ictimai fəal

"Mən ona zəng edib, qeydiyyatda olduğu rayonu soruşmuşam ki, həminn rayonun məhkəməsinə müraciət edim. O öz ritorikasına uyğun ifadələrlə yenə məni təhdid etdi. Mən onunla bağlı ölkə rəhbərinə və hüquq mühafizə orqanlarına şikayət edəcəyimi bildirmişəm. Fazil Mustafa bunu təhdid kimi qəbul edib və bildirir ki, onu təhdid edirəm.”

Hacıyev millət vəkilinin hərəkətlkərindən müvafiq orqanlara müraciət etdiyini və polisə, həmçinin məhkəməyə müraciət edəcəyini deyib.

“Millət vəkili öz deputat toxunulmazlığına sığınıb vətəndaşları təhqir edirsə kimsə hüquqi müstəvidə ona qarşı çıxmalıdır. Mən hüquqi olaraq bu addımı sonadək atmağı düşünürəm,” o qeyd edib.

Fazil Mustafa: Səsimi yazmaqla şantaj məqsədi güddüyünü anladım

Öz növbəsində Milli Məclisin deputatı Fazil Mustafa Facebook səhifəsində yazıb ki, iyunun 20-də saat 19.10 radələrində Bəxtiyar Hacıyev ona zəng edib.

Sonadək cəzalandırılması üçün əlimdən gələni edəcəyəm.
Fazil Mustafa, deputat

“Azərbaycan Ordusunda xidmət etməkdən imtina edən ... Bəxtiyar Hacıyev zəng edib növbəti tərbiyəsizliyini etdi. Və bildirdi ki, səsinizi yazıram. Mənim icazəm olmadan səsimi yazmaqla şantaj məqsədi güddüyünü anladım. Mən də mərhum atam haqqında yazdığı böhtan xarakterli əxlaqsız yazılara görə onun hüquqi müstəvidə cavabının veriləcəyini bildirdim. Və bildirdim ki, onun yaxınlarının pis yola düşməsində nə mənim, nə atamın hansısa günahı yoxdur. Səbəbi başqa yerdə axtarsın. Bu düşünür ki, telefon şantajı ilə etdiyi əməllərdən yaxasını qurtaracaq. Bilir ki, quyruğu qapı arasındadır. Bu ... sonadək cəzalandırılması üçün əlimdən gələni edəcəyəm. Sonra da bir neçə yenə də təhqir xarakterli mesaj da yazdı. Bu yazdığım statusla ölkənin baş prokuroruna, daxili işlər nazirinə müraciət edirəm, açıq-aşkar şantaj və təhqirlə üzərimizə hücum edən Bəxtiyar Hacıyevin qanunun tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görməyə çağırıram,” deputat Facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG