Accessibility links

Bəxtiyar Hacıyev: Sosial şəbəkələrin gündəmindəki məsələlərə hökumət operativ reaksiya vermir


Bəxtiyar Hacıyev: Sosial şəbəkələrin gündəmindəki məsələlərə hökumət operativ reaksiya vermir
please wait

No media source currently available

0:00 0:08:38 0:00

Bəxtiyar Hacıyev: Sosial şəbəkələrin gündəmindəki məsələlərə hökumət operativ reaksiya vermir

İctimai fəalın Amerikanın Səsinə müsahibəsi

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində sosial şəbəkələrin ictimai-siyasi mühitə təsirlərindən danışıb.

Amerikanın Səsi: Sosial şəbəkələrin Azərbaycan cəmiyyətində ünsiyyətin qurulmasında rolunu necə dəyərləndirərdiniz?

Bəxtiyar Hacıyev: Düşünürəm ki, sosial şəbəkələr vahid məkan deyil. Orada müxtəlif seqmentlər var. Dini qruplara görə, siyasi baxışlara görə, yaş qruplarına görə, hətta bu göstəricilərə görə yox, sadəcə olaraq sosial şəbəkələrin özləri arasında fərqlər var. Facbook-da tamamilə başqa mövzular müzakirə olunur, twitterdə başqa mövzular. İnstagramda tamamilə başqa qruplar akiv olurlar. Bu qrupların özləri arasında, yəni hər sosial şəbəkənin özündəki kiçik qrupda ünsiyyət kifayət qədər yaxşıdır. Zatən sosial şəbəkənin yaranmasında, belə deyək, kökündəki məqsəd o idi ki, bənzər insanlar öz ətrafındakı insanlar arasında ünsiyyət qursunlar. Müxtəlif seqmentlər arasındakı ünsiyyətin səviyyəsini qənaətbəxş saymaq olmaz. Bununla bağlı əlavə bir tədbir görülməlidir ki, həmin o seqmentlər bir-biri ilə daha çox ünsiyyətdə olsunlar. Təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda yaşayan azərbaycanlılarla da və yaxud dünyadakı başqa insanlarla da ünsiyyətə keçə bilsinlər.

Amerikanın Səsi: Azərbaycanda milyonlarla insan sosial şəbəkələrdən aktiv istifadə edir. Fikrinizcə hazırkı zamanda sosial şəbəkələrdə insaların ünsiyyətini liberal, radikal və ya tənqidi adlandırmaq olar?

Cəmiyyət sadəcə onun ətrafında olan insanlardan ibarət deyil. Hətta, mən bir neçə dəfə siyasətçilərə belə bir təklif vermişdim ki, xəyali dron düşünün.

Bəxtiyar Hacıyev: Bu böyük bir yanlışdır ki, hər bir insan, hətta bəzən siyasətçilər də belə, yanlışlıqla düşünürlər, öz kiçik ətraflarında olan insanlara baxırlar, onların reaksiyalarına baxırlar, postlarına baxırlar. Düşünürlər ki, bütün cəmiyyət belə düşünür. Halbuki bu böyük bir yanlışdır. Cəmiyyət sadəcə onun ətrafında olan insanlardan ibarət deyil. Hətta, mən bir neçə dəfə siyasətçilərə belə bir təklif vermişdim ki, xəyali dron düşünün. Ola bilər ki, sizin ətrafınızda, məsələn, hər hansı bir etiraz aksiyasıdır. İnsanlar hər hansı bir tələb irəli sürürlər. Siz düşünürsüz ki, minlərlə, on minlərlə insan bu tələblə irəli çıxırsa, deməli, bütün cəmiyyət belə düşünür. Amma o xəyali dronu oradan qaldırıb, tutaq ki, şəhərin (Bakı-red) Fəvvarələr meydanına aparanda oradakı insanların gündəliyi tamamilə fərqlidir. Oradan o dronu məscidə aparanda tamamilə fərqli gündəlikdir orada.Tutaq ki, şəriət dövləti müzakirə olunur və yaxud axirət müzakirə olunur. O xəyali dronu aparıb Port Bakıya, onun üzərində saxlasaq tamamilə başqa gündəlikdir. Sosial şəbəkələr də eyni belədir. Yəni bir qrup insanı, tutaq ki, korrupsiya və məmur özbaşınalığı narahat edir. Başqa bir qrup insanı dini məsələlər narahat edir. Bu qruplar arasında olan insanlar özlərini ya liberal, ya radikal, ya da tənqidi görə bilərlər. Amma, ümumilikdə dediyim kimi, sosial şəbəkə həmcins deyil ki, biz həmcins bir nəticəyə də gələ bilək

Amerikanın Səsi: Sizcə sosial şəbəkələrin ölkədə sosial və siyasi fikrə təsirləri nə qədər aktualdır? Sosial şəbəkələrin hökumətin qərarlarının qəbuluinda rolu varmı?

Hökumətin özünün sosial şəbəkələrlə bağlı siyasəti qənaətbəxş deyil.

Bəxtiyar Hacıyev: Mən düşünürəm ki, effekti var. Xüsusilə də son illər, belə deyək, bu ilin əvvəlindən indəyə qədər biz bunu müşahidə edirik ki, sosial şəbəkələrdə gündəmə çevrilən, ən azından əhalinin ictimai aktiv təbəqəsinin gündəmə çevirdiyi məsələlər hökümət tərəfindən diqqətlə izlənilir, nəzarətə götürülür. Həmin məsələlərlə bağlı addımlar atılmağa başlanılır. Amma, mən düşünürəm ki, hökumətin özünün sosial şəbəkələrlə bağlı siyasəti qənaətbəxş deyil. Əvvəllər, əgər yanvar ayına qədər hökumətin belə bir yanaşması var idi ki, biz ictimai rəyə təsir etmək üçün saxta profillərlə troll ordusu saxlamalıyıq və tutaq ki, kənardan bir müşahidəçi vətəndaş sosial şəbəkə istifadəçisi baxandakı hansısa məsələlərlə bağlı 100 istifadəçi bir mövqeni sərgiləyir hansı ki, hökümətin mövqeyidir. Bir 10 nəfər tənqidi səs var. Təbii ki, 100 nəfər çoxluğa inanasıdır. Amma, bu siyasət iflas etdi. Çünki həmin o profillərin saxta olması çox açıq gözlə görünürdü. Bir çox hallarda o yazılan mətnlərin, yanaşmaların hamısının, belə deyək, qeyri-peşəkar şəkildə aparılması onunla nəticələndi ki, həmin o siyasət gülüş obyektinə çevrildi. Amma hökumət nə edə bilər? Hökumət sosial şəbəkələrdə gündəliyə çıxmış məsələlərə dərhal və operativ reaksiya verərək həmin məsələlərin böyüməsinin qarşısını ala bilər.

Amerikanın Səsi: Bəzən, sosial şəbəkələrdə sanki partlayış baş verir və bir informasiyanın ictimai mühitə idarəolunmaz situasiyalar yaradacaq qədər təsirləri olur. Belə situasiyalardan qaçamq üçün hansı addımlar atılmalıdır?

Biz müşahidə edirik ki, bir çox problemlər gündəmdə olur. Yəni, əvvəllər də, başqa insanlara da cinayət işi açılırdı və yaxud intiharlar da olurdu. Amma bu qədər effekt yaranmırdı.

Bəxtiyar Hacıyev: Bu tip informasiyalar adətən nə vaxt baş verir? Cəmiyyətin boyük bir hissəsini narahat edən məsələ qabaranda və ikinci bir hal da odur ki, sosial təsdiq effekti yarananda. Sosial təsdiq effekti də nədir? Yəni bir neçə rəy yarada bilən insan hansısa bir məsələni qabardır. Ondan sonra insanlar, belə deyək, kiçik qar topunun dağdan yuvarlanaraq böyüdüyü kimi bir momentum qazanır. Artıq insanlar baxır ki, bir on nəfər bu barədə yazır. Arta-arta bu məsələ gündəmə keçir. Buna misal olaraq, mən deyə bilərəm Mehman Hüseynovu, həbsdə ona qarşı ikinci cinayət işinin açılması və yaxud Elinanın intiharı (şagird aprelin 2-də məktəbin 3-cü mərtəbəsindən özünü atıb-red) və yaxud əvvəlki illərdə əsgər ölümləri ilə bağlı son aksiya və s. Biz müşahidə edirik ki, bir çox problemlər gündəmdə olur. Yəni, əvvəllər də, başqa insanlara da cinayət işi açılırdı və yaxud intiharlar da olurdu. Amma bu qədər effekt yaranmırdı. Bu tip məsələlərdə, dediyim kimi, hökümətin özünün problemin qarşısını almaq, üstünü örtmək əvəzinə ona adekvat cavab verərək o məsələni gündəmdən çıxara bilər və insanları razı sala bilər. Amma, dediyim kimi, bu günə qədər mən o adekvat operativ reaksiyanı müşahidə eləmirəm.

Amerikanın Səsi: Sosial şəbəkələr mühitində informasiyaların hökumət tərəfindən idarə olunması nə dərəcədə mümkündür?

Sanki məmurla vətəndaş arasında, hətta sosial şəbəkələrdəki deputatlarla belə onların seçiciləri arasında ünsiyyət imkanları çox məhduddur.

Bəxtiyar Hacıyev: İnformasiyanı idarə etmək yox, ona nəzarət, qadağa etmək yox, o informasiya siyasətinin bir hissəsi olmaq lazımdır. Xüsusilə sosial şəbəkələrdə. Sosial şəbəkələr ənənəvi mediadan fərqli olaraq, yəni, birtərəfli informasiya paylayan məkan deyil. Yəni, insanlar televiziyada xəbərlərə baxıb, o xəbərlərə reaksiya verə bilmirsə və yaxud TV kanalı insanları həmin xəbərdə, həmin hissəyə hansı reaksiya verdiklərini bilmirsə, sosial şəbəkələr daha dinamik mühitdir və burada qarşılıqlı ünsiyyətdən söhbət gedir. Hökumət müasir texnologiyalardan istifadə edərək, müəyyən alqoritmlərdən istifadə edərək insanları çox narahat edən məsələləri müəyyənləşdirə bilər. Bu məsələlərlə bağlı təklifər hazırlayaraq onların narazıqlarını aradan qaldıra bilər. Eyni zamanda, mən düşünürəm ki, hökumət burada ənənəvi mediadan fərqli bir yanaşma sərgiləməlidir. Məsələn ölkə rəhbəri, məmurlar daha çox şəxsi keyfiyyətlərini göstərməyə çalışmalıdırlar. Onlar da çalışmalıdırlar ki, onlar da digər sosial istifadəçiləri kimi sıradan insanlardı. Amma hal-hazırdakı yanaşma belədir ki, böyük bir sədd var. Sanki məmurla vətəndaş arasında, hətta sosial şəbəkələrdəki deputatlarla belə onların seçiciləri arasında ünsiyyət imkanları çox məhduddur. Belə olan halda, təbii ki, insanlar getdikcə narazılıq ifadə edirlər və bəzən də belə bir partlayışlar olur gündəmdə.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG