Accessibility links

Dəclə çayında batan bərədəki insanların axtarışı davam edir


Cümə axşamı İraqın Mosul şəhəri yaxınlığında, Dəclə çayında həddən artıq yüklənmiş bərənın aşması azı 94 nəfərin ölümü ilə nəticələnib.

Bağdaddan Mosula gedən baş nazir Adil Əbdel Mehdi ölkədə üçgünlük matəm elan edib. O eləcə də qəza ilə bağlı istintaqın 24 saat içərisində başa çatacağına söz verib.

Bərədə olanlar Novruz bayramını qeyd edirdilər.

Rəsmilər deyir ki, bərədə olan 180 nəfər Novruz bayramını və Analar Gününü qeyd edirmiş. Qurbanların əksəriyyətinin güclü axan suda uzə bilməyən qadın və uşaq olduğu deyilir.

Adətən sakit axan Dəclə çayının sürəti Türkiyə dağlarındakı güclü yağışlar və qarların əriməsi ucbatından xeyli artıb. Rəsmilər həmçinin bənddən bir qədər su buraxıldığına görə, Mosul sakinlərinə çayın səviyyəsinin daha da artacağı barədə xəbərdarlıq edib.

Axtarışlar davam etdiyinə görə belə görünür ki, çayda batanların sayı daha artıq olacaq.

Birləşmiş Ştatların Bağdaddakı səfirliyi ölənlərin ailələrinə başsağlığı verən bəyanat yayıb.

XS
SM
MD
LG