Accessibility links

Bağdadda şiə məscidinə edilən hücumda yaralananlar var


Bağdadın şərqində yerləşən şiə məscidində cümə günü bomba partlayışı nəticəsində yeddi nəfər yaralanıb. Bu barədə təhlükəsizlik xidmətləri bildirib. Daha öncə partlayış nəticəsində yeddi nəfərin öldüyü deyilirdi.

Polis mənbələrinin cümə günü verdiyi məlumatda şəhərin Baladiyat rayonunda hücum zamanı intihar kəməri və ya əldəqayırma partlayıcı cihaz istifadə edildiyi bildirilir. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

İlk anlarda verilən məlumatlarda yeddi nəfərin həlak olduğu və 20-dən çox insanın yaralandığı deyilirdi. Lakin polis və digər təhlükəsizlik qüvvələrinin şənbə günü verdiyi məlumatda hücum təşkilatçılarının şahidlər vasitəsilə bilərəkdən yanlış məlumatlar yaydığını bildirib.

Təhlükəsizlik xidməti hücumla bağlı təhqiqatın başlandığını bildirib.

Bu, İraq paytaxtında şiyə məscidlərinə edilən nadir hücumlardan biri idi.

2017-ci ildə İslam Dövlətinin məğlub edilməsindən sonra Bağdadda təhlükəsizlik əhəmiyyətli dərəcədə irəliləyib və o zamandan bəri bu cür hücumlar çox nadirdir.

XS
SM
MD
LG