Accessibility links

Bağdadda ilk dəfə - İran prezidenti İraqa səfər edir


İran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani

İran prezidenti bu həftə İraqa ilk rəsmi səfərini həyata keçirəcək. Bu səfər Tramp administrasiyasının nüvə sazişini çətin vəziyyətə salması nəticəsində İranda sərt siyasət tərəfdarlarının fəallaşdığı ərəfədə baş tutur.

Həsən Ruhaninin səfəri İranın xarici işlər naziri tərəfindən “tarixi” adlandırılıb və İranın şiə hakimiyyəti ilə İraqın şiələr tərəfindən idarə edilən hökuməti arasında münasibətlərinin möhkəmlənməsi məqsədi daşıyır.

Bu səfər həm də prezident Donald Trampın keçən dekabrda İraqa səfəri zamanı qonşu İranı diqqətdə saxlanılması üçün ABŞ ordusunun ölkədə qalmalı olması haqda şərhlərinə cavab kimi qiymətləndirilir. İran və İraqın 1400 kilemetr uzunluğunda sərhədi mövcuddur.

Həmin səfər zamanı Tramp gözlənilmədən və Bağdadda dayanmadan, ABŞ qoşunlarının paytaxtdan uzaqda yerləşən hərbi bazasına getmişdi. Hərbçilərlə görüşən ABŞ prezidenti onların İslam Dövləti qrupuna qarşı döyüşlərinə dəstəyini ifadə etmişdi.

Ruhani daha sonra Trampın səfərini tənqid edərək, İraqa səfəri gizli etməsini ABŞ-ın məğlubiyyəti kimi təqdim etmişdi. “Nə üçün o, açıq və rəsmi səfər etmədi?” – deyə, İran prezindenti sual edib: “İnsanların səni necə qarşıladığını bilmək üçün sən Bağdad küçələrində gəzməlisən.”

İranın xarici işlər naziri Cavad Zərif ölkənin rəsmi IRNA xəbər agentliyinə bildirib ki, Ruhaninin İraqa səfəri iki qonşu arasında “qarşılıqlı anlaşmaya” nail olmaq üçün bir imkandır. Zərif Ruhaninin 3 günlük səfərinə hazırlıq məqsədilə prezidentdən öncə İraqa gedib.

Prezident olmaqdan öncə İraqa səfər etmiş Ruhani, ilk rəsmi səfərini 2016-cı ildə planlaşdırmışdı. Lakin qeyd olunmayan səbəblərə görə səfər təxirə salınmışdı.

Bu dəfə Ruhani ikinci prezidentlik dönəmindədir və İran valyutasının zəifələməsi ilə nəticələnən iqtisadi böhrana görə daha həssas vəziyyətdədir.

Tehran ABŞ ordusunun qonşu İraqdakı mövcudluğunu İranın Bağdada təsirinin zəiflədə biləcək bir hədə kimi görür.

Zərif bazar günü bildirib ki, İran və İraq arasında yaxşı münasibətlərə müdaxilə edən istənilən ölkə “özünü imkanlardan təcrid edəcək.”

İran eyni zamanda İraqı ABŞ tərəfindən tətbiq edilən sanksiyalardan yayınmaq imkanı kimi görür. Keçən il İranın İraqa etdiyi ixrac 9 milyard dollara yaxın olub. Tehran ümid edir ki, iki ölkə arasındakı 13 milyardlıq ticarət dövriyyəsini 20 milyard dollara qədər artıra biləcək. Bununla bərabər hər il təxminən 5 milyon dini turistin hər iki ölkədəki müqəddəs şiə məkanlarını ziyarət etməsi, iqtisadiyyata təxminən 5 milyard dollar gəlir gətirir.

İraqın sabiq diktatoru Səddam Hüseynin 1980-ci illərdə İrana qarşı səkkiz illik müharibəsi nəticəsində hər iki tərəf təxminən bir milyon itki verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG