Accessibility links

Bağdadda intiharçı hücumu


İraq rəsmiləri bildirir ki, cümə axşamı paytaxt Bağdadda baş verən intiharçı hücumu azı 7 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.

İraq ordusu bildirir ki, hücum Bağdadın şiə Şula rayonundakı parkda baş verib.

İraqın Milli Təhlükəsizlik qüvvələri hücum edən şəxsə müqavimət göstərsə də, o, partlayıcıları partlatmağa nail olub.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin bu, İslam Dövləti qrupunun daha öncə etdiyi hücumlara bənzəyir.

XS
SM
MD
LG