Accessibility links

Bağdadda minlərlə insan ABŞ-ın öldürdüyü İran generalı üçün yas mərasimi keçirir


Bağdad
Bağdad

Minlərlə insan şənbə günü Bağdadda ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən İranın yüksək rütbəli generalı və İraq yarı-hərbi dəstə liderləri üçün yas mərasimi keçirib. Bu hadisə regionda gərginliyin artmasına səbəb olub.

İranın elitar Qüds qüvvələrinin başçısı vəTehranın regiondakı təhlküəsizlik strategiyasına başçılıq edən general Qasim Süleymani cümə günü Bağdad hava limanı yaxınlığında hava zərbəsi nəticəsində öldürülüb.

Süleymani İranın İraq, Suriya, Livan boyu yarı-hərbi dəstələri səfərbər etmək siyasətinə başçılıq edirdi. O, 2003-cü ildə İraqa hərbi müdaxiləsi zaman ABŞ qoşunlarına və Amerikanın müttəfiqlərinə qarşı hücumlar etməkdə günahlandırılmışdı.

Mərasimdə iştirak edənlərin çoxu qara paltar geyinib və İraq və Süleymaniyə sadiq olan İranın himayədarlıq etdiyi yarı-hərbi dəstələrin bayraqlarını dalğalandırıb. Onlar həmçinin Əbu Mehdi əl-Mühəndisi üçün yas tutub.

Hava zərbəsi qınanıb.

Mərasim Bağdadda İmam Kadim məbədində başlayıb. İştirakçılar küçədə yürüş keçirib.

Həm Vaşinqton həm Tehranla yaxın müttəfiq olan İraq Süleymanini öldürən hava zərbəsini qınayıb və bunu milli suverenliyinə hücum adlandırıb. Parlament bazar günü fövqəladə iclas keçirəcək və hökümət İslam Dövləri qrupunun yenidən ortaya çıxmasının qarşısını almaq məqsədilə ölkədə olan 5200 amerikalı qoşunu çıxarması üçün təzyiqlə üzləşir.

ABŞ vətəndaşlarına İraqı tərk etmələrinə göstəriş verib və Bağdaddakı səfirliyini bağlayıb. İranın dəstəklədiyi yarı-hərbi dəstələr və onların tərəfdarları bu həftənin əvvəli orada iki gün zorakı etirazlar keçirmişdi.

ABŞ-ın İraq və Suriyada İranın himayədarlıq etdiyi yarı-hərbi dəstələrin 25 üzvünün ölümü ilə nəticələnən hava zərbələrinə cavab olaraq keçirilən etiraz zamanı xəsartə alan olmayıb. ABŞ hava zərbələrininİraqın şimalında bir amerikalı podratçının ölümü ilə nəticələnən raket hücumuna cavab olduğunu bildirib. Vaşinqton həmin hücuma görə yarı-hərbi dəstələri günahlandırıb.

İranın nüvə razılığı

Süleymaninin öldürülməsi ABŞ-la İran arasında Trampın 2015-ci ildə əldə olunan nüvə razılığından geri çəkilmək və Tehrana sanksiyalar tətbiq etmək qərarından sonra gərginliyin artdığı vaxta təsadüf edib.

Administrasiyanın “maksimum təzyiq” kampaniyası İranın nüvə razılığında vəd etdiyi öhdəliklərini yerinə yetirməməsi ilə nəticələnib. ABŞ İranı regionda təxribatçı hücumlara görə günahlandırıb. Buna İran körfəzində neft tankerlərinə qarşı təxribat və sentyabr ayında Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum daxildir.

'Qisas yoldadır'

İranda şənbə günü bütün əsas qəzetlər və dövlətin nəzarət etdiyi televiziya kanallarında diqqət Süleymaninin ölümünə ayrılıb. Aftab-e Yazd kimi bəzi reformist qəzetlər xəbərdarlıq edib ki, “qisas yoldadır.”

XS
SM
MD
LG