Accessibility links

Bağdadda silahlı dəstənin komandirinin həbsindən sonra gərginlik yaranıb


Çərşənbə günü İraq paytaxtında yarı-hərbi dəstə komandirinin terror ittihamı ilə həbs edilməsi onun silahlı tərəfdarları ilə İraq hökuməti arasında təhlükəli bir gərginliyin yaranmasına səbəb olub.

İraq ordusunun açıqlamasında bilderilib ki, qarşıdurma İraq təhlükəsizlik qüvvələrinin silahlı qruplaşmanın lideri Kassim Mahmud Muslehi məhkəmə istintaqı və terror ittihamı ilə həbs qərarı əsasında səhər saatlarında həbs etməsindən sonra başlayıb. Açıqlamada onun birgə istintaq komitəsində dindirildiyi deyilir.

Müsleh Ənbar vilayətindəki Xalq Səfərbərlik Qüvvələrinə (PMF) başçılıq edir. Bu, 2014-cü ildə İslam Dövləti qrupunu məğlub etmək üçün hökumətin icazəsi ilə müxtəlif yarı-hərbi qrupların birləşməsindən ibarət bir qrupdur. Bu qrupun ən nüfuzlu üzvləri arasında İranın dəstəklədiyi şiə silahlı qruplardır.

Həbsdən az sonra əsas ofisi güclü mühafizə olunan Yaşıl Zonada yerləşən Xalq Səfərbərlik Qüvvələri ilə bağlı qüvvələr Baş nazir Mustafa Əl-Kadiminin qərargahı ətrafına yerləşdirilib.

İraq təhlükəsizlik qüvvələri və elit Terrorla Mübarizə Xidmətinin üzvlərinin hökuməti və diplomatik nümayəndəlikləri qorumaq üçün zonaya yerləşdirilməsindən sonra gərginliyin yüksək həddə çatması zorakılıqların baş verə bilməsi ilə bağlı qorxuların artmasına səbəb olub. Xalq Səfərbərlik Qüvvələrinin bəzi dəstələri Yaşıl Zonanın giriş qapısının qarşısına toplaşmışdı.

İraqın bəzi hökumət rəsmiləri PMF-in İraq hökumətində yer almasını Əl-Kadimiyə Müslehin azad edilməsi üçün təzyiq vasitəsi kimi qiymətləndirir.

Ölkənin Baş naziri açıqlamasında güc nümayişini "İraq konstitusiyasının və qüvvədə olan qanunların ciddi şəkildə pozulması" kimi xarakterizə edərək, bununla bağlı dərhal araşdırmalara başlandığını deyib.

İraqın kəşfiyyat idarəsinin rəsmisi Müslehin general-leytenant Əhməd Əbu Rəqifin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən və məhkəmə qərarı əsasında həbs edildiyini bildirib. Müsleh korrupsiyada və ölkənin cənubundakı Kərbəla şəhərində iraqlı fəalların qətlində ittiham edilir.

XS
SM
MD
LG