Accessibility links

"İslam Dövləti" Əbu Bəkr Əl-Bağdadinin öldürüldüyünü təsdiq etdi


İslam Dövləti qrupu cümə axşamı liderləri Əbu Bəkr Əl-Bağdadinin keçən həftənin sonu keçirilən reyd zamanı öldürüldüyünü təsdiq edib.

"Vəhşiliklərdən yüksələrək özünü İraqın cihadçı İslam Dövlətinin lideri və bütün müsəlmanların "xəlifəsi" elan edən Bağdadi Suriyanın şimal-qərbində Birləşmiş Ştatların xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülüb` - deyə, prezident Donald Tramp bazar ertəsi bildirib.

Qrup indiyə qədər susurdu. Bağdadinin varisinin Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi adlı şəxs olduğu bildirilib.

Suonsi Universitetinin İslam Dövləti üzrə tədqiqatçısı Aymən Əl-Tamimi varisin adınin hələ bildirilmədiyini, lakin onun ABŞ Dövlət Departamentinin həmin şəxsin Həcc Abdulla ola biləcəyini deyib.

2014 və 2017-ci illər arasında İraq və Suriyada nəzarəti əlində saxlayan və müsəlmanların dəhşətə gətirdiyi vəhşilikləri həyata keçirən qrup sözçüsü Əbu Əl-Həsən Əl-Muhajirin də öldüyünü təsdiqləyib.

Bağdadi Suriyanın şimal-qərbi İdlib əyalətinə öldürülüb.

ABŞ prezidenti Donald Tramp Bağdadinin öldürülməsi əməliyyatını “olduqca uğurlu bir əməliyyat” adlandırıb. O, Birləşmiş Ştatların hərbi qüvvələrinin professionallığına yüksək qiymətləndirərək, ABŞ-ın terrorizmə qarşı mübarizədə əzmini xüsusi vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG