Accessibility links

Baş nazir: Yunanıstan Liviyadakı sülh prosesində "söz sahibi" olmaq istəyir


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis

Baş nazir Kiriakos Mitsotakis bazar günü bildirib ki, Yunanıstan yanvar ayında BMT-nin dəstəyi ilə Liviya ilə bağlı keçirilən danışıqlarda iştirak etmək istəyir. Bu Yunanıstanla qonşu Türkiyə arasında məsələ ilə bağlı gərginliyin artdığı vaxta təsadüf edib.

Liviya Yunanıstanla Türkiyə arasında yeni diplomatik problemə çevrilib. Belə ki, rəqib ölkələr Aralıq Dənizindəki hüquqları və Şimali Afrika ölkəsində mübarizə aparan tərəflər üzərində fikir ayrılıqları yaşayır.

"Biz qonşuluğumuzda qeyri-sabitlik mənbəyi istəmirik. Ona görə də, Liviyadakı irəliləyişlərdə söz sahibi olmaq istəyirik", Mitsotakis To Vimaya müsahibəsində bildirib.

"Biz Liviyadakı həll yolunun bir hissəsi olmaq istəyirik, çünki oradakı vəziyyət bizi də narahat edir", o deyib.

BMT bildirib ki, gələn ay Berlində Liviyadakı münaqişəyə həll yolu tapmaq məqsədilə beynəlxalq konfrans keçiriləcək.

Liviyada 2012-ci ildə NATO-nun dəstəyi ilə başlayan qiyam Müəmmar Qəddafinin devrilib, ölümü ilə nəticələndən bəri hərc-mərclik yaşanır. Şərq və qərbdəki rəqib administrasiyalar hakimiyyət uğrunda mübarizə aparır.

"Mən artıq tələb etmişəm, amma bir daha daha böyük təkidlə Berlin prosesində iştirak etməyi tələb edəcəm", Mitsotakis deyib.

Ankara noyabr atında Tripolidə BMT-nin tanıdığı hökümətlə mübahisəli dəniz razılığı və hərbi saziş imzalayıb.

Yunanıstan bu razılıqları əsassız adlandırıb, və Türkiyə ilə Liviyanın dəniz sərhədinin olmamasına çağırıb.

"Liviya bizim təbii dəniz qonşumuzdur, Türkiyənin deyil", Mitsotakis bazar günü bildirib.

Türkiyənin eyni zamanda Xalifə Həftarın qüvvələri ilə paytaxta nəzarət üzərində mübarizə aparan Tripoliyə hərbi yardımını artırıb.

Şərhlərə bax

XS
SM
MD
LG