Accessibility links

Baş prokuror vəzifəsini icra edən Uitakerin dostları: Onun Trampla yaxın münasibəti var


Met Uitaker
Met Uitaker

ABŞ prezidenti Donald Tramp cümə günü ölkənin ən yüksək hüquq-mühafizə rəsmisi olaraq təyin etdiyi müvəqqəti olaraq baş prokur vəzifəsini icra edən şəxsi tanımadığını deyib.

Ağ Evdə müxbirlər önündə çıxış edən president deyib: “Mən Met Uitakeri tanımıram”, lakin o həmçinin deyib ki, 49 yaşlı sabiq Ayova prokuroru hüquq-mühafizə rəsmiləri arasında “böyük hörmətə malikdir”.

Uitakerlə birlikdə hüquq firması təsis edən və onunla yaxın əlaqəsi olan Uilyam Qastofın sözlərinə görə, Tramp bu sözləri sadəcə ona işarə edir ki, onlar Uitakerlə bir-birini “çox yaxından” tanımır.

Lakin Uitakerin dostları və iş yoldaşları deyir ki, ötən payız baş prokuror Ceff Şeşşınsın aparat rəhbəri olaraq Ədliyyə Nazirliyinə daxil olandan sonra onun Trampla yaxın iş münasibətləri olub.

Seşşınsın apparat rəhbəri

Uitaker Demokrat siyastəçilərə qarşı şikayətlər hazırlayan Uitaker Cavabdehlik və Mülki Etimad Fondundan çıxaraq Ədliyyə Nazirliyinə daxil olandan sonra Seşşınsla birlikdə Ağ Ev görüşlərində iştirak etməyə başlması ilə onların arasındakı münasibət irəliləyib.

Lakin Uitakerin Trampla neçə dəfə görüşdüyü bəlli deyil.

Ayovada Respublikaçılar partiyasının sədri Carls Larsin deyib ki, Uitaker Trampı bəzi məsələlərlə bağlı məlumatlandırıb və ona “böyük təsir bağışlayıb”.

Onun bildirib ki, prezident Uitakeri “yüksək qiymətləndirir”.

Trampın Ədliyyə Nazirliyinin rəhbərliyinə Uitakeri təyin etməsi və onun xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqına nəzarət etməsi Konqresdəki demokratların və hətta bəzi tanınmış respublikaçıların narazılıqlarına səbəb olub.

Lakin cümə günü Tramp özünü baş prokuror vəzifəsini icra edən Uitakerdən uzaqlaşdırıb və onun aqibəti ilə bağlı tərəddüdlər yaradıb.

‘Mən Met Uitakeri tanımıram’

Parisə yola düşmədən öncə müxbirlər qarşısında çıxış edən Tramp deyib: “Mən Met Uitakeri tanımıram. Met Uitaker Ceff Seşşınsın yanında işləyirdir və hər zaman yüksək qiymətləndirilirdi və hələ də yüksək qiymətləndirilir. Amma mən Met Uitakeri tanımırdım.”

Prezindetin sözləri onun ötən ay Fox News-a söylədiklərinə ziddir, çünki o zaman o, “Mən Met Uitakeri tanıyıram və o əla insandır” demişdi. CNN-ın verdiyi məlumata görə isə Uitaker Seşşınsın aparat rəhbəri olandan bəri onlarla dəfə Ağ Evi ziyarət edib və prezidentlə yaxşı münasibəti olub.

Ağ Ev ziyarətçilərin siyahısını açıqlamır. Ədliyyə Nazirliyinin sözçüsü Uitakerin Trampla neçə dəfə görüşdüyünə dair sualları cavablandırmayıb.

ABŞ Senatının çoxluq lideri Mitç Makkonnel
ABŞ Senatının çoxluq lideri Mitç Makkonnel

‘Müvəqqəti baş prokuror’

Senatın çoxluq lideri Mitç Makkonel cümə günü çox yaxında Uitakeri əvəzləyəcək insanın adının açıqlanacağını güman etdiyini deyib.

“Mən onun çox müvəqqəti baş prokuror olacağını düşünürəm”, Makkonnel deyib.

Baş prokuror vəzifəsinə namizədlər arasında respublikaçı senator Lindsi Qraham, sabiq Nyu Cersi qubernatoru və Trampın müşaviri Kris Kristi və Florida baş prokuroru Pəm Bondi yer alır.

Uitaker Tramp çərşənbə günü Seşşınsı aylarla vəzifəyə gələndən bir neçə həftə sonra özünü Rusiya istintaqından geri çəkməsinə görə tənqid edərək işdən çıxarmasından qısa müddət sonra Seşşınsın yerinə təyin olunub.

Müller istintaqı

Seşşınsın özünü istintaqdan uzaqlaşdırdığına görə, Müllerin istintaqında baş prokurrun müavini Rod Rozenstin nəzarət edirdi. İndi isə bu öhdəlik Uitakerin üzərinə düşür, lakin demokratlar onun da daha öncə Müllerin istintaqını tənqid etdiyinə görə, özünü təhqiqatdan uzaqlaşdırmasını tələb edir.

Uitakerin keçmiş hüquq firmasında çalışan indi isə Ayova ştatında qraflıq prokuroru vəzifəsində işləyən Brenna Börd deyib ki, Uitaker Seşşınsla birgə “dəfələrlə” prezidenti müxətlif məsələlər barədə məlumatlandırıb və Trampın etimadını qazanıb.

XS
SM
MD
LG