Accessibility links

Baş prokurorluğa namizədin dinləmələri başlayır


Uilyam Bar
Uilyam Bar

Çərşənbə günü prezident Donald Trampın baş prokuror vəzifəsinə nominasiya etdiyi Uilyam Barın təsdiqi ilə bağlı iki günlük dinləmələr başlayır. Bu dinləmələrdə diqqətin Barın xüsusi prokurorun istintaqı ilə bağlı tənqidləri və onun hökümətin icraedici qolunun səlahiyyətlərinin artırılmasına dəstəyinə yönələcəyi gözlənilir.

Sabiq prezident Corc Buş atanın hakimiyyəti dövründə baş nazir vəzifəsində çalışan Bar son həftələrdə ötən il Trampın istnitaqa əngəl törətməyə çalışıb-çalışmadığını təhqiq etdiyinə görə xüsusi prokuror Rober Mülleri tənqid edən yazısı ilə əlaqədar diqqət cəlb edib.

Əgər təsdiq olunsa, Bar Rusiya istintaqına nəzarəti baş nazirin müavini Rod Rozenstindən alacaq. Rozenstin son həftələrdə baş prokuror təsdiq olunandan sonra vəzifəsindən gedəcəyini elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG