Accessibility links

Baş Prokurorluq Azel TV saytının rəhbərinin həbsi ilə bağlı məlumat yayıb


"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məhkəmə qərarı əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını alarkən cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb."

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Əfqan Sadıqov Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə bu il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.

Mətbuat xidməti bildirir ki, Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf edib, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Baş Prokurorluq həmçinin Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun sosial şəbəkələrdə yaydığı məlumatları təkzib edib.

“Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur,” Mətbut Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də rayon polis şöbəsinə hər hansı müraciət etməyib və bu barədə araşdırma aparılmayıb.

“Araşdırmalarla həmçinin, müəyyən edilib ki, əvvəllər də Laçın rayonunun müxtəlif vəzifəli şəxslərini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması və təhqir etməsinə görə Əfqan Sadıqov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən Cəlilabad rayon məhkəməsinə edilmiş müraciətlər əsasında hər iki cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir. Əfqan Sadıqov məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə mütəmadi olaraq həmin şəxslər və ayrı-ayrı yerli dövlət qurumları haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadır,” mətbuat xidməti bildirir.

Əfqan Sadıqovun vəkili və ailə üzvləri, həmçinin Aysel Səlimova və Ayşən Cəfərova, onların ailə üzvləri Baş Prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Bu gün Binəqədi rayon Məhkəməsi Sadıqov barədində dörd aylıq həbs qəti imkan tədbiri seçib. O, ifadə verməkdən imtina edib.

Yalnız "məni şərləyiblər," deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədiimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbsəində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı yotube kanalı vasitəsi də diqqətə çatdırıb.

Bu məqalənin dərcindən sonra Əfqan Sadıqov Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan) ilə xüsusi İttiham qaydasında məhkəməyə verilib.

Mayın 15-də Cəlilabad rayon Məhkəməsində hakim Elxan Əmirəliyevin sədrliyi ilə məhkəmə baxışı təyin edilib.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmurları kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin hardan gəldiyini yaxşı bilirik”, Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

O, daim kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.

Jurnalist bundan öncə 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

O, bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada da həbsə məruz qalıb.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Jurnalist yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG