Rusiya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Aleksandr Kurennoy 2018-ci ilin ilk 9 ayının göstəricilərinə görə, Rusiya üzrə orta rüşvətin 609 min rubl (son kursla 9 min dollardan bir az artıq) olduğunu bildirib.
Kurenkoy deyib ki, aşkar olunmuş rüşvətin ümumi məbləği 1,8 milyard rubl (təqribən 27 milyon dollar) olub.
Prokurorluğun verdiyi məlumata görə, 9 ay ərzində onlar böyük həcmli 826 rüşvət halını aşkar ediblər. Onların ümumi miqdarı 48 milyon rubldır.
Baş Prokurorluq daha öncə Rusiyada rüşvət hallarının sayının 10% artdığını bildirib. Bu ilin oktyabrına qədər 3171 rüşvət alma halı qeydə alınıb, bu isə keçən ilin eyni müddətdəki göstəricisindən (2899) 9,4% faiz çoxdur. Rüşvət vermə halları da artıb, keçən ilki 2037 hal ilə müqayisədə bu il 2251 rüşvət vermə halı qeydə alınıb.
Baş Prokurorluq statistikanın artmasını qanunvericiliyin sərtləşdirilməsi, antikorrupsiya təbliğatı və eləcə də prokurorluğun məmurların işdən çıxarılmasından sonrakı altı ay ərzində onları yoxlamaq imkanı ilə əsaslandırıb.
Təhqiqat Komitəsi 2018-ci ilin doqquz ayı ərzində 6123 cinayət işinin məhkəməyə göndərildiyini və bu hallarla əlaqədar olaraq 6885 nəfərin ədalət mühakiməsinə cəlb edildiyini bildirib.