Accessibility links

Baş Prokurorluq vəkildən şikayət edib


Azərbaycan Baş Prokurorluğu Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət edib.

Bu barədə Nemət Kərimlinin özü məlumat yayıb.

Vəkilin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyasından ona telefonla zəng ediblər və Baş Prokurorluqdan barəsində şikayət daxil olduğunu bildiriblər.

Vəkilə şikayətin detallarını açıqlamayıblar, ancaq deyiblər ki, bu, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.

Kərimli qeyd edib ki, bu ilin oktyabrında müxalifətçi siyasətçi Tofiq Yaqublunun Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiya zamanı saxlanılaraq inzibati həbs edilməsi zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.

O hesab edir ki, vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

Nemət Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.

O, hüquq-müdafiə sahəsində ixtisaslaşmış vəkil kimi tanınır. Hüquq-müdafiə təşkilatları tərəfinfən siyasi məhbus kimi tanınan bir çox şəxsi müdafiə edib. Hazırda həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər Kollegiyası və Baş Prokurorluq hələ vəkilin açıqlamasına münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG