Accessibility links

Baş redaktor: Fəaliyyətimizi davam etdirməkdə israrlıyıq


Baş redaktor: Fəaliyyətimizi davam etməkdə israrlıyıq
please wait

No media source currently available

0:00 0:05:27 0:00

Baş redaktor: Fəaliyyətimizi davam etməkdə israrlıyıq

"Criminal.az" saytının baş redaktoru Anar Məmmədovun Amerikanın Səsinə müsahibəsi

"Criminal.az" saytının baş redaktoru Anar Məmmədov iyulun 3-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Anar Məmmədov Amerikanın Səsinə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinə çağırılmasına səbəb bu günlərdə saytda yayımlanan iki yazı olub.

“Dünən saat 16-da Bakı Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdum. Dəvət edən şəxs mətbuat xidmətinin rəhbəri idi. Bildirdi ki, şəhər polisinin rəhbərliyi sizinlə görüşmək istəyir. Səbəb “Criminal.az" saytında dərc olunan iki yazıdır. Təxmini bilirdim hansı yazılardı. Deyilən vaxtda Bakı şəhər Baş Polis İdarəsində oldum. Yazılardan biri Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktub idi. Həmin açıq məktubun müəllifi Qarabağ Hərəkatının sədri Vasif Qurbanzadə də mənimlə birlikdə getdi. Bizi Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, onunla birlikdə Bakı şəhər qarnizonun qərargah rəisi Vüqar Ələkbərov, Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsinin rəisi qəbul etdi.

Bakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi

Bildirdilər ki, yazıda sankı polisə qarşı qərəz var. Biz orada bildirdik ki, heç bir qərəzdən söhbət gedə bilməz. Sadəcə bir vətəndaşın, ictimai fəal bir şəxsin yeni təyin olunmuş nazirə müraciəti idi," deyə, o bildirib.

Anar Məmmədovun sözlərinə görə, yazılardan biri Qarabağ Hərəkatının lideri Vasif Qurbanzadənin daxili işlər naziri Vilayət Eyvazova açıq məktubu, digəri isə bir gəncin soyğunçuluqda ittiham edilib tutulması, ertəsi gün azadlığa buraxılması barədə olub. Vasif Qurbanzadə ötən ilin dekabrında evində baş vermiş oğurluqla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının hərəkətsizliyindən, cinayətin üstünün açılmamasından şikayətlənib.

"Yazmışdım ki, əgər soyğunçuluq edibsə, niyə buraxılıb? Yox, günahı olmadığı məlum olubsa, o halda, niyə bir gün əvvəl adamın fotolarını yayıb biabır eləyirdiniz?"

Anar Məmmədov deyir ki, görüşdə qarşı tərəfdən xoş münasibət görüb, hətta iradlarını da mədəni şəkildə bildiriblər.

Anar Məmmədov hazırda şərti cəza altındadır. Jurnalist ötən il Gəncədə icra başçısının güllələnməsi və sonra baş verənlər haqqında yazılara görə bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza alıb.

O, dövlət əleyhinə çağırışlar, səlahiyyət həddini aşma və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib.

“Hazırda vəkilim Ali Məhkəməyə kasassiya şikayəti hazırlayıb. Burada da biz istədiyimiz nəticəni əldə etmədikdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Bizi bəraət hökmündən başqa hökm qane etmir. Saytın fəaliyyətinə gəlincə sayt bloklanmış vəziyyətdədir. Saytın hər iki domeni "Criminal.az" və "Criminalaz.com" heç bir məhkəmə qərarı olmadan bloklanıb. Ölkədə sayta ancaq VPN-lə girmək olur," o qeyd edib.

Anar Məmmədov barəsində məhkəmə hökmünü bir sıra beynəlxalq qurumlar, habelə ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Desir pisləyib.

"Fəaliyyətimizi davam etməkdə israrlıyıq. Var gücümüzlə eyni qaydada fəaliyyəimizi davam etdiririk. Bizi bu yoldan heç kim çəkindirə bilməz,” o bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG