Aprelin 5-də Bağdadın şiə məhəllələrindəki bina və bazarların qarşısında baş verən bomba partlayışları nəticəsində 50 nəfər həlak olub. Bu hücum İraqda Əl-Qaida, ya da başqa ekstremist qrupların yeni hökumətin təşkili üçün danışıqların aparıldığı vaxtda təsadüf edir. Son həftələrdə paytaxt Bağdad ətrafında baş verən bomba parlayışlarında təxminən 120 adam həyatını itirib.
Bu hücumlar İraqdakı Birləşmiş Ştatların səfirliyi və İraqdakı Amerika hərbi qüvvələri tərəfindən ciddi surətdə pislənilib. Onlar bildiriblər ki, bu terror hücumları günahsız insanları hədəf alıb. Birləşmiş Ştatlar xüsusilə Bağdaddakı xarici ölkə diplomatik missiyalarına edilən hücumlara görə təssüfünü bildirir, əsgərlərini diplomat əməkdaşları ilə birlikdə İraq xalqına yardım göstərməyə göndərir. Birləşmiş Ştatların İraqdakı səfiri Kristofer Hill və general Ray Odierno ilə birlikdə açıqladıqları bəyanatda qeyd edilib: “Biz İraqın tərəqqi əldə etdiyindən arxayınıq və inanırıq ki, iraqlılar sabitlik, suverenlik və özünü-idarəçilik sahəsində birlikdə çalışacaqlar. İraqın dostları da bu işdə onlara yardımçı olacaqlar”.
İraq hökuməti və onun təhlükəsizlik qüvvələri bu hadisələri araşdırmasına başçılıq edir və gələcəkdə belə hücumların qarşısını almaq üçün ciddi ölçülər tətbiq edəcək. Birləşmiş Ştatlar İraq hökumətinin və İraqın təhlükəsizlik qüvvələrinin yardım barədə xahişini yerinə yetirməyə həmişə hazırdır.
İraq etibarlı seçki prosesini başa çatdırıb. Hazırkı anda müxtəlif partiyaları İraq xalqının ehtiyacını və arzularını yerinə yetirə bilən koalisiya hökumətinin təşkili məsələsində İraq, çox çətin mövqeyilə üzləşib. İraqlıların çoxu təriqətlərarası zorakılıqları rədd edir , sülh və təhlükəsizliyi təmin edə bilən demokratik bir hökumətin yaranmasını arzulayır.
Birləşmiş Ştatlar və İraqın təhlükəsizlik qüvvələri terrorçulara qarşı və İraqda sabitlik və sülhü bərpa etmək üçün yorulmadan birlikdə mübarizə aparırlar. Bu, İraqda hərc-məclik yaratmaq, iraqlılara sülhsevər və mütərəqqi icma təşkil etməyə əngəl törədənlər üçün bir cavab mahiyyət daşıyır . Həmin qüvvələrə müvəffəq olmağa imkan verilməməlidir.