Accessibility links

Babək Çələbiyanlı: ABŞ-da artıq başa düşürlər ki, azərbaycanlılar olmadan İranda hər hansı bir dəyişiklik mümkün deyil


Babək Çələbiyanlı: ABŞ-da artıq başa düşürlər ki, azərbaycanlılar olmadan İranda hər hansı bir dəyişiklik mümkün deyil
please wait

No media source currently available

0:00 0:13:10 0:00

Birləşmiş Ştatların İranla bağlı siyasətində bu il əsas dəyişiklik ABŞ-ın Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması və sanksiyaların yenidən tətbiqi ilə bağlı oldu. Rəsmi Vaşinqton dəfələrlə bu addımın İranda rejimin dəyişdirilməsi məqsədi ilə atılmadığını bəyan edib. Lakin müşahidəçilər sanksiyalar nəticəsində iqtisadi durumun ağırlaşdığını və bunun Tehran rejimini zəiflədəcəyini bildirir. Milli Dirəniş Hərəkatının nümayəndəsi Babək Çələbiyanlı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində ABŞ sanksiyalarının İrana təsirləri, Azərbaycan bölgələrində vəziyyət və Birləşmiş Ştatların İranda azlıqlarla bağlı siyasətindən danışıb.

Babək Çələbiyanlı Vaşinqtonun nüvə sazişindən çıxmasından sonra iqtisadi sanksiyaların bərpasının ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini deyib. O, Tehran rejiminin bunun ciddi nəticələri ilə qarşılaşa biləcəyini bildirib.

Dövlət o məmləkətin gəlirini xalq ilə paylaşmır.

“Sanksiyaların tətbiq olunmasından sonra İranda bir çox iş yerləri, fabriklər bağlanıb. Biz keçən ildən başlayaraq etirazların şahidi olmuşuq. Bu etirazların əsas səbəbi iqtisadi məsələlərdir, işsizlikdir, fabrikaların bağlanmasıdır, yaxud da orada çalışanların maaşlarının ödənilməməsi ilə bağlıdır.”

Babək Çələbiyanlı ölkədə insanların narazılıqlarının ardığını qeyd edərək bildirib ki, iqtisadi durumun onsuz ağır olduğu da şəraitdə etirazların daha kütləvi xarakter ala biləcəyini gözləmək mümkündür.

O, sanksiyaların iqtisadi duruma təsirlərinə baxmayaraq, İran azərbaycanlıları və xüsusilə də milli fəallar arasında sanksiyalara dəstəyin səbəblərinə toxunub.

Sanksiyaların tətbiq olunmasından sonra İranda bir çox iş yerləri, fabriklər bağlanıb.

“Sadəcə Azərbaycan milli fəalları deyil, ümumiyyətlə İranda bir çoxları bu məsələyə dəstək verir. Çünki İranın neftdən olan gəlirləri xalqın arasında deyil, daha çox rejim məsulları arasında paylaşır. Ona görə də bu sanksiyalar hər şeydən öncə elə oradakı o korrupsiya, yəni oradakı o dövlət səviyyəsində bu milyonlar, bəlkə də milyardlarla dollar xalqdan götürülüb xərclənir, onun qabağını bəlkə alsın. Neft ola bilir 100 dollar, ya da 50 dollar olsun, insanlara bir şey yetişmir. Dövlət o məmləkətin gəlirini xalq ilə paylaşmır. Ona görə də insanlar deyir ki, madəm bizimlə paylaşmır, yaxşısı budur ki, elə bu sanksiyalar tətbiq olunsun. Ən azı bunlar xalqın cibindən az oğurlasınlar.”

Babək Çələbiyanlı Tramp administrasiyasının İranla siyasəti çərçivəsində milli azlıqlarla bağlı strategiyasından danışıb.

Bunu həm xalq bizdən gözləyir, həm də ki biz öz hədəflərimizə nail olmaq üçün bir-birimizin yanında durmalıyıq.

“Amerika Birləşmiş Ştatları və Qərb dövlətləri belə düşünürdülər ki, bir sıra mərkəzçi müxalif qüvvələrə dəstək versələr, İranda hər hansı bir dəyişiklik ola bilər, baş verə bilər. Amma onlar 40 il bu işi gördülər, onlara dəstək verdilər, amma 40 ildə heç bir iş görə bilməyiblər. Və indi inanıram ki, başa düşüblər ki, onlar İranda özəlliklə azərbaycanlıların iştirakı olmadan bir hakimiyyət qura bilməzlər. Sadəcə, Azərbaycan deyil, qeyri-fars millətlərinin ciddi şəkildə İranın gələcəyində payı olmalıdır. Ona görə Amerika Birləşmiş Ştatları da belə başa düşüb ki, əgər İranda hər hansı bir dəyişiklik, ya da ciddi bir iş görmək istəyirsə, qeyri-fars millətləri, özəlliklə Azərbaycan nümayəndələri ilə görüşməlidir və onların fikrini öyrənməli və onları nəzərə almadan, bunu həm İran daxilində, həm xaricində bilirlər ki, azərbaycanlılar olmadan İranda hər hansı bir kiçik dəyişiklik olmaz.”

Babək Çələbiyanlı azərbaycanlıların tələb və istəklərinin yerinə yetirilməsinə nail olmaq üçün milli fəallar arasında birliyin vacibliyini xüsusi qeyd edib.

“Ələbəttə ki, daha effektiv olmaq üçün, xalqımızı tam mənada təmsil etmək üçün bizim birliyə ehtiyacımız var. Azərbaycan siyasi təşkilatlarının hər birinin özünün bəlli səviyyədə gücləri var. Amma bu müxtəlif güclər bir araya gəlsə, mən inanıram ki, biz daha təsirli, daha effektiv olarıq, həm də xalqımıza böyük mənəvi dəstək olarıq. Bizim ideoloji olaraq bir-birimizlə, başqa siyasi təşkilatlarla ixtilafımız yoxdur. Bir sıra kiçik məsələlərdə və taktikalarımızda fərqlərimiz ola bilər...Bunu həm xalq bizdən gözləyir, həm də ki biz öz hədəflərimizə nail olmaq üçün bir-birimizin yanında durmalıyıq. Birlik bizim qurtuluş rəmzimizdir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG