Accessibility links

Babək Çələbiyanlı: "Türklər artıq prezidentliyə namizədlərin boş vədlərinə inanmırlar"


İyun ayının 18-də İranda keçiriləcək prezident və Şəhər Şurası seçikləri ilə bağlı Amerikanın Səsinə danışan siyasi fəal Babək Çələbiyanlı bu seçkilərin daha öncəki seçkilərdən bir az fərqli olduğunu düşündüyünü bildirib.

Babək Çələbiyanlı: "Türklər artıq prezidentliyə namizədlərin boş vədlərinə inanmırlar"
please wait

No media source currently available

0:00 0:16:09 0:00

ABŞ-da yaşayan güneyli siyasi fəal deyir ki, "ümumiyyətlə, keçən 24 il ərzində prezident seçkiləri islahatçılarla fundamentalistlər arasında sıx bir rəqabət nəticəsində keçiriilirdi. Amma bu 24 il içində zaman-zaman bəlli problemlər yaşandı və küçə hərəkatlarına şahid olduq."

Çələbiyanlı hakimiyyətin hər hansı bir küçə etirazlarının qarşısını almaq üçün bu dəfəki seçkiləri fərqli keçirərək xalqa öz istədiyi şəxsi, yəni İbrahim Rəisini, seçdirmək istədiyini söyləyir.

Siyasi fəal islahatçıların və hətta mötədil siyasətçilərin namizədliyinin təsdiqlənmədiyinə toxunaraq deyib ki, "Rejim heç nəyi şansa buraxmaq istəmir. İstəyir ki tam əminliklə öz namizədi bu seçkilərdə qalib gəlsin."

İranda prezidentliyə namizədlər debatlarda və təbliğat kampaniyalarında azərbaycanlılar və türklərlə bağlı vədlər verməyə cəhd edirlər. Möhsün Mehrəlizadə və Əbdülnasir Himməti türkcə danışaraq türkləri və azərbaycanlıları onlara səs verməyə çağırır. Bu haqda məlumat verən Babək Çələbiyanlı bu məsələnin yeni olmadığını bildirir və deyir ki, "rejim istəyir ki bu məsələdən öz mənfəətləri uğrunda faydalansın. Sloqanlar və vədlər verməklə çalışır ki, azərbaycanlıların rəğbətini qazansın və azərbaycanlı və türk insanını bu seçkilərdə iştirak etməyə təşviq etsin."

Siyasi şərhçinin sözlərinə görə, Həsən Ruhani Azərbaycan şəhərlərində hazırkı namizədlərin türklərlə bağlı verdikləri vədlər və şüarlardan daha təsirli vədlər vermişdi, ancaq 8 ildən sonra bu vədlərin heç biri yerinə yetirilmədi.

"Düşünürəm ki, artıq bizim toplum bu sözlərə inanmayacaq. Namizədlərin boş yalan vədlərinə inanmayacaqlar və hakimiyyətin bu cəhdi boşa çıxacaq" -deyə milli fəal bildirib.

O, İranda işsizlik, bahalıq və korrupsiyaya toxunaraq, ölkədə iqtisadi böhranın yaşandığını söyləyir və təxmin edir ki, bu vəziyyətdə ölkədə seçici fəallığı təxminən 20 faiz olacaq.

"Rejim yaxşı bilir ki, seçkilərdə iştirak edənlərin sayı çox az olacaq və ona görə də hakimiyyət çalışır ki, azərbaycanlılara bir sıra vədlər verməklə onların diqqətini cəlb etsin, seçkilərə qatılmağa təşviq etsin" -deyə o, bildirib.

Babək Çələbiyanlı Keşikçilər Şurasının istədiyi şəxslərin namizədliyini təsdiqlədiyini və qarşı tərəfə meydan vermədiyini irəli sürərək, indiyə qədər seçkilərdə iştirak etməyin heç bir faydasının olmadığını söyləyir. "Əgər hakimiyyət icazə versə ki, Azərbaycan Milli Hərəkatı öz nümayəndəsini və namizədini ortaya qoysun, o zaman məsələ fərqli olar, amma madəm ki, belə bir şərait yoxdur, biz nə üçün seçkilərə qatılmalıyıq?" -deyə milli fəal sual edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG