Accessibility links

Babadan nəvə Heydərə $35 milyon dollarlıq hədiyyə


İlham Əliyev oğlu Heydər Əliyev ilə
İlham Əliyev oğlu Heydər Əliyev ilə

"Proyekt" saytının verdiyi məlumata görə, prezident İlham Əliyevin oğlu Heydər 9 yaşında Moskvanın yaxınlığında Rublevo-Uspenskoe avtomobil yolu yaxınlığında "Meyendorf Bağları" adlı prestijli qapalı qəsəbədə ev sahibi olub.

Araşdırmaların nəticələrinə görə, Heydər Əliyevin sahib olduğu torpaq sahəsi 7 min kvadratmetrdən çoxdur, evin sahəsi isə 1.6 min kvadratmetrdir.

Sahə ilkin olaraq Azərbaycan prezidentinin qayınatası Arif Paşayevin adına qeydiyyatdan keçirilib. Lakin bir il sonra Arif Paşayev onu 9 yaşlı Heydərə hədiyyə edib.

"Meyendorf Bağları" Rusiyanın ən bahalı daşınmaz əmlak sahəsi sayılır. Burada evlərin qiymətəri adətən bir neçə milyon dollardan başlayır.
"Meyendorf Bağları" Rusiyanın ən bahalı daşınmaz əmlak sahəsi sayılır. Burada evlərin qiymətəri adətən bir neçə milyon dollardan başlayır.

Hədiyyə-edilmə haqda müqavilə 2007-ci ildə hazırlandığından “Proyekt”in jurnalistləri sahənin həmin dövr üçün tam dəyərini müəyyən edə bilməyib. Bu gün "Meyendorf Bağları”nda eyni sahənin qiyməti ₽ 2.3 milyard rubla (təqribən $35 milyon dollar) satılır.

​“Proyekt”-in yazdığına görə, bu qəsəbədəki igamətgahlar əvvəllər Rusiyada ən bahalı daşınmaz əmlak hesab olunub.

"Meyendorf Bağları”nda prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevayanın da evi var. “Proyekt”in verdiyi məlumata görə, Leyla 20 yaşında olarkən 7,7 min kvadrat metrlik sahəyə sahib olub.

Əliyevlər ailəsi dəfələrlə korrupsiyada ittiham olunub.

2017-ci ildə Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzi (OCCRP) "Azərbaycan Landromat" ı araşdırmasını nəşr edib. Araşdırmanın müəlliflərinin məlumatına görə, Azərbaycanın hakim elitasının nümayəndələri gizli "qara kassa" təşkil ediblər.

Əliyevlər bu və ya digər formada Panama və Britaniyaya məxsus Vircin Adalarında qeydiyyatdan keçmiş ən azı 26 offşor şirkətə sahibdir.

"Paşa Bank"-ın bank sənədlərinə əsasən, prezidentin qızı Leyla və Arzu Əliyevalar Paşa Holdinqə sahibdirlər. Ailə üzvləri həmçinin bankçılıq, telekommunikasiya, mədənçilik və neft-qaz sənayesində böyük paya sahib olan Ata-Holding korporasiyası ilə sıx əlaqələrə malikdirlər.

Müstəqil araşdırmaçılar təxmin edirlər ki, Əliyevlər Dubayda 11 igamətgaha, həmçinin Londonda, Parisdə, Çexiyanın Karlovı Varı şəhərində, Moskvada daşınmaz əmlaka, Azərbaycanda Şah Dağ istirahət mərkəzi və Çernoqoriyada kurorta sahibdirlər.

Sənədlərə əsasən, Ata-Holding-in 75% -nə Leyla və Arzu Əliyevaların rəhbərlik etdiyi şirkətlər sahibdir, əsas nəzarət isə Heydər Əliyevdədir.

Prezidentin ailəsi həmçinin bir neçə banka, tikinti şirkətlərinə, Azərbaycanın ən iri mobil operatorlarından ikisinə sahibdir. Ailə üzvləri Dubayda 11 igamətgaha, həmçinin Londonda, Parisdə, Çexiyanın Karlovı Varı şəhərində, Moskvada daşınmaz əmlaka, Azərbaycanda Şah Dağ istirahət mərkəzi və Çernoqoriyada kurorta sahibdirlər.

Əliyevlərə həmçinin bir neçə mehmanxana və mədən şirkəti olan Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların Əməliyyatı Şirkəti də məxsusdur.

XS
SM
MD
LG