Accessibility links

Babək Bəxtavər: Britaniyada siyasi mükalimədə tolerantlıq səviyyəsi yüksəkdir [Audio-Müsahibə]


Londonda yaşayan təbrizli fəal Amerikanın Səsinə müsahibədə Birləşmiş Krallıqda Brexit referendumu sonrası əhval-ruhiyyəni şərh etməklə yanaşı, Avropa və Yaxın Şərqdə ölkələrin ərazi bütövlüyünü müdafiə edənlər ilə istiqlalçı qruplar arasındakı münasibəti dəyərləndirib. Babək Bəxtavərin söylədiklərinə görə, Böyük Britaniyada bu mövzulara dair mübahisələrdə tolerantlıq və dözümlülük səviyyəsi Yaxın Şərqdəki ilə müqayisə edilməyəcək qədər yüksəkdir.

Babək Bəxtavər Brexit haqda danışır
please wait

No media source currently available

0:00 0:15:21 0:00

Milli fəal səsvermədən öncə Britaniyanın Avropa Birliyində qalmasına çağıranlar və birlikdən çıxmaq istəyənlərin təşkil etdiyi kampaniyaların fəaliyyətləri və irəli sürdükləri şüarlar haqqında danışıb. Həmin referendumda Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına səs verən Babək Bəxtavərin dediklərinə görə, hər iki qrup kampaniyalarını iqtisadiyyat, mühacirət, sülh və stabillik, suverenlik və ictimai xidmət kimi mövzular üzərində yürüdüblər.

Britaniyada keçmişdə savaşlar olub amma bu gün bu nəticəyə çatıblar ki ən yaxşı yol və ən minimum zərər verən yol vətəndaşın seçiminə və millətin səsinə müraciət etməkdir... Amma, misal üçün bu gün İranda görürük ki sadə bir ana dili məsələsini gündəmə gətirməkdə qalmışıq.

Səsvermədən sonra Londonda minlərlə Avropa Birliyi tərəfdarı Brexit referendumunun nəticələrinə etiraz olaraq yürüş keçirib. Bundan əlavə referendumda çıxmağa səs verənlər arasında da peşmanlıq hissi duyanların mövcud olduğu bildirilir.

Babək Bəxtavər isə Böyük Britaniyanın Avropa Birliyindən çıxıb və ya qalması arasında xüsusilə iqtisadi baxımdan çox fərq olmadığını deyir.

Türk fəal həmçinin səsvermədən sonra Şotlandiya və Şimali İrlandiyada Birləşmiş Krallıq tərkibindən çıxmaq istiqamətində çağırış səslərinin yüksəlməsi haqqında da düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Londonda qadın Britaniyanın Avropta İttifaqında qalması üçün təşviqat aparır. 20 may, 2016.
Londonda qadın Britaniyanın Avropta İttifaqında qalması üçün təşviqat aparır. 20 may, 2016.

Bəxtavər Britaniyada ərazi bütövlüyü və ya müəyyən bir bölgənin ölkənin tərkibindən çıxmasına dair mübahisələrdə nisbi tolerantlıq və dözümlülüyün mövcud olduğunu ifadə edir. O, Britaniyada bu mövzulara dair mövcud olan xoşgörüşün Yaxın Şərqdəki ilə müqayisə edilməyəcək qədər yüksək səviyyədə olduğunu vurğulayır.

“Bu gün Orta Doğunun durumuna, Suriya, İraq və İran kimi ölkələrin durumuna baxsaq, bu müqayisə edilməz bir şey olar. Çox ciddi bir tolerantlıq fərqi vardır. Mənim fikrimcə, burada həm ayrılmaq istəyənlər, həm də ona qarşı olanların münasibəti [Yaxın Şərqdə olanla] fərqlidir. Keçmişdə savaşlar olub, amma bu gün bu nəticəyə çatıblar ki, ən yaxşı yol və ən minimum zərər verən yol vətəndaşın seçiminə və millətin səsinə müraciət etməkdir... Amma, misal üçün bu gün İranda görürük ki, sadə bir ana dili məsələsini gündəmə gətirməkdə qalmışıq,” deyə təbrizli fəal əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG