Accessibility links

Babək Çələbiyanlı: Millətimizin qurtuluşu üçün bir arada olmalıyıq


Babək Çələbiyanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:07 0:00

Güneyli fəallar İran Azərbaycanında milli hökumətin yaradılmasının 72-ci ildönümü münasibətilə bəyanat yayıb. Bəyanat müəllifləri 1945-ci ilin dekabrında Güneydə yaradılmış Azərbaycan milli hökumətinin yalnız bir ildən çox mövcud olmasına baxmayaraq, xalq üçün önəmli nümunə qoyduğunu qeyd edib. Bəyanatın müəlliflərindən biri olan Milli Dirəniş hərəkatının sözçüsü Babək Çələbiyanlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında sənəddə əsas məqamlar və milli hökumətin tarixinin müasir dövrdə öyrədilməsindən danışıb.

Babək Çələbiyanlı deyib ki, bir neçə təşkilat və qurum tərəfindən hazırlanmış bəyanatda birlik mesajı verilib.

“Azərbaycanın siyasi təşkilatları özlərini Seyid Cəfər Pişəvərinin, yəni Azərbaycan demokrat firqəsinin davamçıları bilirlər, özlərini bu milli hökumətin varisi olaraq elan ediblər. Bu nailiyyətə əl tapmaq üçün, yəni Güney Azərbaycanın müstəqil olması üçün iş birliyi əsasında bir arada olmalarını vurğulayıblar. Siyasi təşkilatlar, öz xalqımızın, öz millətimizin qurtuluşu üçün əlbəttə bir arada olmalıyıq.”

Babək Çələbiyanlı milli hökumətin tarixinin gənc nəslə öyrədilməsi məsələsi haqda danışıb.

“Demək olar ki, universitetə gedənə qədər bu haqda çox yaxşı bilgi əldə edə bilmədim. Universitetə girəndən sonra ki milli hərəkatla tanış oldum və daha aktivləşdim şəxs olaraq, yavaş-yavaş öyrəndim ki, 1945-ci ildə burada bir milli hökumət olub və bir il sürüb. Hazırda şükürlər olsun ki, sosial medianın genişlənməsi, veb saytlar, internet vasitəsilə Azərbaycan milli fəalları o dönəmdən qalan kinolardan, videolardan, materiallardan və yaxud da o dönəmdə yaşayan insanlardan gedib intervyular alaraq, onları danışdıraraq bilgilər, məlumatlar əldə edirlər. Bu sahədə keçən 20 ildə demək olar ki, çox sayda kitablar özəlliklə tələbələr, öyrənçilər tərəfindən yazılıb və hər il də bu materialların sayı çoxalır. İnternet vasitəsilə, sosial media vasitəsilə bunu gənclərlə paylaşırıq.

Babək Çələbiyanlı 2017-ci ilin yekunlarından danışaraq, İran rejiminin son ildə Azərbaycan milli hərəkatına basqılarını artırdığını qeyd edib.

“Bu da onu göstərir ki, Azərbaycan milli hərəkatı gücləndikcə, xalqın içində gün2-gündən gücləndikcə, bu, İran rejimini çox qorxudur. İran rejimi hamıdan yaxşı bilir ki, 90 ildən çoxdur ki, bir həqiqəti gizlədirlər. Bizim etnik kimliyimizi gizlədirlər, bizim təbii haqqımızı, hüququmuzu, yəni mən Avropada insanın haqqını heç orada ummuram, təbii vətəndaşlıq haqqı ki, bizdən əsirgəyiblər. Yavaş-yavaş indi gənclər bunu başa düşür, xalqımız da bunu başa düşür. Azərbaycan milli hərəkatı günü-gündən güclənir və ona görə də İran rejiminin basqısı çoxalıb və çoxalacaq da.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG