Accessibility links

“Təbriz qatılsa, etirazları yönləndirə bilər” [Audio-Müsahibə]


Babək Çələbiyanlı
Babək Çələbiyanlı

Milli Dirəniş Hərəkatının ABŞ-da qərargahlanan təmsilçisi Babək Çələbiyanlının dediyinə görə, keçən günlərdə İran Azərbaycanı şəhərlərində əhali kütləvi etirazlara qatılsa da, burada etiraz dalğası İranın digər bölgələrində, o cümlədən ərəblər və kürdlərin əksəriyyətdə olduğu şəhərlərlə müqayisədə nisbətən sönük olub. Milli fəal Amerikanın Səsinə müsahibədə güney təşkilatları və ümumiyyətlə türk fəalların İranda davam edən kütləvi etirazlara münasibətlərini şərh edib.

Babək Çələbiyanlı İranda etiraz dalğasını şərh edir
please wait

No media source currently available

0:00 0:13:26 0:00

Babək Çələbiyanlı hazırkı kütləvi etirazlara münasibət baxımından mühacirətdə yaşayan güney təşkilatları arasında düşüncə fərqinin az olduğunu bildirir.

Zəncanda etirazlar
Zəncanda etirazlar

"Bu etirazlara görə, demək olar ki, Azərbaycanın siyası təşkilatları arasında o qədər də ixtilaf yoxdur. Baxmayaraq ki, başda məsələni ağır-yüngül etdilər və bir neçə gündən sonra etirazlara münasibət bildirdilər. Əlbəttə bu münasibətlər yüzdə yüz o etirazlara qatılmaq yönündə olmadı. Bu şəkildə oldu ki, Azərbaycanın siyasi qrupları öz siyasi müstəqilliyini qoruyaraq yaranmış bu tarixi fürsəti dəyərləndirə bilərlər."

Azərbaycan xalqı qorxmamalıdır. Biz indi Pəhləvidən ötrü və yaxud İranın başqa mərkəzi müxalif qruplarına dəstək məqsədi ilə deyil, öz millətimizin müstəqilliyi və qurtuluşu üçün meydanda olmalıyıq.
Babək Çələbiyanlı

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü əlavə edir, "amma milli fəallara baxanda, baxışlar demək olar fərqlidir. Bir kəsim deyir ki, biz qətiyyən qatılmamalıyıq. Başqa bir kəsim də deyir, öz milli hüquqlarımızı qorumaq üçün qatıla bilərik. Demək olar ki, hər iki qrup Azərbaycanın mənafeyini nəzərə alaraq məsələyə baxırlar."

Onun fikrincə, İranlı müxaliflərin keçən illərdə güneydə baş qaldıran kütləvi etirazlara laqeyd qalmaları və hətta bəzən hakimiyyətin yanında durmaları İran Azərbaycanı ilə mərkəz qrupları arasında bir növ etimadsızlıq atmosferinin yaranmasına səbəb olub.

Çələbiyanlı həmçinin keçən günlərdə, sosial şəbəkələrdə etirazları yönləndirməkdə əsas rol oynayan Amad News (@sedaiemardom) Telegram kanalında türk fəalların əleyhinə paylaşılan ifadələr səbəbilə ortaya çıxan gərginlik haqqında danışıb:

Amad News-un paylaşıb və az sonra qaldırdığı çağırış posteri
Amad News-un paylaşıb və az sonra qaldırdığı çağırış posteri

“Telegram kanalları arasında Amad News adında, 1 miliondan artıq üzvü olan kanalın etirazlarda çox əhəmiyyətli rolu var. Güney təşkilatları bəyanat və üzərində türkcə yazılar dərc edilmiş poster yayımlayıb və əhalini etirazlara qatılmağa dəvət etdilər. Bu kanal həmin posteri paylaşdı, amma az sonra onu qaldırdı və aşağılayıcı bir şəkildə ‘separatçıların’ posterini paylaşdığı üçün ‘İran millətindən’ üzr istədi.”

Amad News: Azərbaycan separatçılarının posterlərini qaldırıb və həmvətənlərdən üzr istəyirik.
Amad News: Azərbaycan separatçılarının posterlərini qaldırıb və həmvətənlərdən üzr istəyirik.

Çələbiyanlı kütləvi etirazlardan bir neçə gün öncə "Traktorsazi" və "Persepolis" komandaları arasında keçirilən bir matçda türklərə qarşı səsləndirilən irqçi şüarlardan sonra meydana çıxan gərginliyə toxunub.

"Mən düşünürəm ki, Azərbaycan bu tarixi fürsətdən istifadə edə bilər. Azərbaycan xalqı qorxmamalıdır. Biz indi Pəhləvidən ötrü və yaxud İranın başqa mərkəzi müxalif qruplarına dəstək məqsədi ilə deyil, öz millətimizin müstəqilliyi və qurtuluşu üçün meydanda olmalıyıq," Babək Çələbiyanlı əlavə edir. "Təbriz qalxsa, bu etirazları yönləndirə bilər."

XS
SM
MD
LG