Accessibility links

Bağdaddakı Yaşıl Zona yaxınlığında bomba partlayışları həyata keçirilib


Bağdaddakı Yaşıl Zona yaxınlığında bomba partlayışları həyata keçirilib
Bağdaddakı Yaşıl Zona yaxınlığında bomba partlayışları həyata keçirilib

İraq rəsmilərinin bildirdiyinə görə Bağdadda güclü mühafizə olunan Yaşıl Zonanın girəcəyində iki maşına yerləşdirilmiş bomba partlayışları azı beş nəfərin ölümünə səbəb olub. Təhlükəsizlik rəsmiləri bu gün həyata keçirilən partlayışların yerli vaxtla səhər saat 8:30-da, işçilərin və hökumət rəsmilərinin maşınla əraziyə daxil olarkən baş verdiyini bildirirlər. Partlayışlar zamanı beşi əsgər olmaqla, 15 nəfərin də yaralandığı xəbər verilir. Bağdadın mərkəzində yerləşən Yaşıl Zonada İraqın hökumət binaları və xarici ölkələrin səfirlikləri yerləşir.

Digər xəbərdə isə bildirilir ki, Cadriya məhəlləsində yol kənarına yerləşdirilmiş iki bombanın partlaması nəticəsində azı beş nəfər yaralanıb.

XS
SM
MD
LG