Accessibility links

Bağdadın mərkəzi hissəsində avtomobillərdə yerləşdirilmiş 3 bomba partlayışı nəticəsində 30 nəfər həlak olub


Partlayışlardan ikisi İran və Misir səfirliklərinin yaxınlığında baş verib

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın mərkəzi hissəsində avtomobillərdə yerləşdirilmiş 3 bomba partlayışı nəticəsində 30 nəfər həlak olub, 200-dan çox insan yaralanıb. Rəsmilər deyir ki, partlayışlardan ikisi İran və Misir səfirliklərinin yaxınlığında baş verib. Təhlükəsizlik qüvvələrinin sözçüsü Fransa xəbər agenyliyinə hücumların intiharçılar tərəfindən həyata keçirildiyini bildirib. Partlayışlar nəticəsində ətrafdakı binalara ziyan dəyib və evlərin şüşələri qırılıb. Hadisədən sonra vertolyotlar havaya qalxan zaman silah səsləri eşidilib. Dünən isə hərbi uniforma geymiş silahlı şəxslər Bağdad yaxınlığındakı bir kənddə üç evə hücum edərək ən azı 24 adamı qətlə yetirmişdilər.

XS
SM
MD
LG