Accessibility links

BAEA: İran 2015-ci il nüvə sazişinin şərtlərinə əməl edir


İran 2015-ci il nüvə sazişinin şərtlərinə əməl edir. Bunu BMT-nin Atom Enerjisi Agentliyi bəyan edib.

2015-ci ilin saziləşinə əsasən, İran Qərbin sanksiyalarının qaldırılması müqabilində nüvə proqramını məhdudiyyətlər tətbiq edəcəyinə razılıq verib.

Qurumun kvartallıq hesabatı ABŞ-ın sazişdən çıxamsından sonra mütəmadi şəkildə üzv ğlkələrə təqdim edilir.

ABŞ may ayında sazişi tərk etdikdən sonra onu əldə edən dünya qüdrətlərini razılıqdan çıxmağa çağırır.

Tramp administrasiyasının əsas tənqidlərindən biri o olub ki, bu saziş İranın ballistik raket proqramını və Yaxın Şərqdə Qərbin terrorçu hesab etdiyi silahlı dəstələrə yardımını əhatə etmir.

Vyanada yerləşən agentliyin hesabatında bildirilir ki, müfəttişlərin İranın nüvə obyektlərinə hələ də çıxışı var.

Bildirilib ki, İran ağır su istehsalı və uran zənginləşdiriləməsi proqramlarını razılığın məhdud şərtləri əsasında həyata keçirir.

XS
SM
MD
LG