Accessibility links

Bağdadda 13 şiə zəvvar qətlə yetirilib


İraq paytaxtı Bağdadda 8 əsrdə yaşamış müqəddəs dini liderin ölümünün ildönümünü qeyd edən şiə zəvvarlara hücum nəticəsində 13 nəfər həlak olub.

Polis və səhiyyə işçiləri qadın və uşaqlar da daxil olmaqla ən azı 28 nəfərin yaralandığını deyibş

İçərisi partlayıcı maddələrlə dolu avtomobil İraqın cənub-qərbindəki Səydiyah məhəlləsində partladılıb. Partlayış zəvvarlar İmam Musa Əl-Xadimin Bağdadın şimalındakı məqbərəsini ziyarət edərkən baş verib.

Hücumun məsiliyyətini hələlil üzərinə götürən olmasa da, belə hücumları adətən İŞİD terror qruplaşması həyata keçirir.

İŞİD-ın İraqın paytaxtında şənbə günü həyata keçirdiyi oxşar hücum nəticəsində 23 nəfər həlak olmuşdu.

Son bir neçə gündə imamın dəfn olunduğu ərazimi ziyarət etmək üçün on minlərlə insan Bağdadın şimalına gəlib.

Məqbərədə əsas mərasim sabah təşkil ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG