Accessibility links

Əl-Bağdadinin öldürüldüyü xəbərinə skeptik yanaşılır


ABŞ-ın ordu rəsmiləri İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ölümünün təsdiqi və ya inkarına dair heç bir məlumata malik olmadığını bildirib.

Müstəqil ekspertlər isə bu xəbərə skeptik yanaşırlar. Dünən axşamdan etibarən xəbərin sürətlə yayılmasına Suriyanın dövlət televiziyasının məlumatı yol açıb. Məlumatda deyilib ki, Əl-Bağdadi Rəqqaya qarşı hava zərbələri nəticəsində həlak olub.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu hava reydlərini təsdiq edib.

Regiondan alınan məlumatlara görə, İŞİD-ə məxsus xəbər agentliyi Amaq Əl-Bağdadinin cəsədini nümayiş etdirən video yayıb.

Britaniyanın The Scotsman qəzeti təhlilçi Maykl Smitin videonu gördüyünü, lakin cəsədin Əl-Bağdadiyə malik olduğunu düşünmədiyini yazıb.

Bundan əvvəl də yayılan bir sıra xəbərlərdə İŞİD liderinin öldürüldüyü bildirilsə də, məlumatların hamısı saxta olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG