Accessibility links

Baham adalarında ölənlərin sayı artıb


A woman searches for missing family members in the wreckage of her home, destroyed by Hurricane Dorian, in High Rock, Grand Bahama, Bahamas, Sept. 6, 2019.
A woman searches for missing family members in the wreckage of her home, destroyed by Hurricane Dorian, in High Rock, Grand Bahama, Bahamas, Sept. 6, 2019.

Axtarış və xilasetmə komandaları hələ də Dorian qasırğasının səbəb olduğu daşqınlar və dağıntılar nəticəsində təcrid olunmuş Baham icmalarına çıxış əldə etməyə çalışır. Rəsmilər bildirib ki, qasırğa nəticəsində ölənlərin sayı 43-ə çatıb və bu rəqəmin artacağı gözlənilir.

Səhiyyə naziri Duan Sands cümə günü Associated Presə göndərdiyi mesajda bildirib ki, ilkin 30 nəfərdən əlavə 13 nəfərin öldüyü də təsdiq olunub.

"Biz ölənlərinin sayının artacağı gözləyirik", Sands deyib.

Bahama
Bahama

Təhlükəsizlik naziri Marvin Deyms deyib ki, rəsmilər hər kəsə yardım etməyə çalışır, lakin ekipaj üzvləri düşən ağaclar və digər dağıntılar səbəbilə torpaq üzərindən buldozerlə keçə bilmir, çünki orada hələ tapılmamış cəsədlər ola bilər.

BMT, ABŞ höküməti, Britaniyanın Kral Donanması, Amerikan Hava Yolları kimi bir sıra təşkilatlar, ölkələr və şirkətlər əraziyə ərzaq, su, generator, uşaq bezləri, fənərlər və digər lazımlı əşyalar göndərib.

Deyms deyib ki, Qrand Bahama adasındakı hava limanının uçuş-enmə zolağı təmizlənib və uçuşlara hazır vəziyyətə gətirilib. Rəsmilər həmçinin Qrand Bahama və Abako adalarında limanların da açıldığını bildirib.
Cümə günü qasırğanın təsirinə məruz qalan minlərlə insan adanı tərk etmək ümidi ilə Qrand Abako limanında toplaşıb.

Baham adaları
Baham adaları

"Burada hərc-mərclikdir", həyat yoldaşı ilə birlikdə paytaxt Nassasuya getmək üçün qayıq gözləyən inşaat işçisi Gi Rolle bildirib. "Hökümət əlindən gələni edir, lakin eyni zamanda mən onların insanları evakusiya etmək üçün kifayət qədər yaxşı iş görmədiklərini düşünürəm. Bura heç kəs üçün yaşanılacaq bir yer deyil artıq. Burada yalnız heyvanlar yaşaya bilər", o əlavə edib.

Hökümət hələ ki, heç bir evakuasiya tədbiri təşkil etməyib, lakin Bahama Kral Müdafiə Qüvvələri insanlara işçilərini almaq üçün adaya gələn və əlavə 160 insanlıq yeri olan bərəyə minməyə yardım edib. İzdiham dəniz piyadalarının qadın və uşaqları ayıraraq, onların bərəyə ilk minmələrinə imkan yaratmalarına sakitcə icazə verib.

Bundan əlavə Abakoya portativ tualet və ağır avadanlıqlar gətirən barja da Nassauya 300-ə yaxın insan aparıb.

Baş nazir Hubert Minnis limanda evakuasiya edilməyi gözləyən izdiham önündə çıxış edib.

"Sizin hər birinizə hörmətlə yanaşacaqlar", o söyləyib.

Minnis hökümətin cavab tədbirlərinin sürətindən razı olduğunu deyib və qasırğanın fəsadlarına məruz qalanlara söyləyib: "Mən sizin təmkinli olmağınızı və gözləməyinizi istəyirəm, çünki yardım gəlir".

Qrand Bahamada isə su və ərzaq paylayan gəminin önündə uzun növbə yaranıb.

XS
SM
MD
LG