Accessibility links

Baham adaları COVİD səbəbindən amerikalıların səyahətinə qadağa qoyur


Baham adaları rəsmilərinin bildirdiyinə görə, koronavirus pandemiyası səbəbindən çərşənbə günündən etibarən ABŞ-dan olan səyahətçilərin ölkəyə gəlməsinə qadağa qoyulacaq.

Rəsmilər qadağaya ABŞ və digər ölkələrdə COVID-19-a yoluxma hallarının artmasının səbəb olduğunu desələr də, Kanada, Britaniya və Avropa Birliyi ölkələri daxil olmaqla, bəzi ölkələrin beynəlxalq səyahətlərinə icazə veriləcəyini bildirib.

Qadağa barədə qərar Baham adalarının üç həftə əvvəl demək olar ki, bütün beynəlxalq turizmə açılması qərarından sonra qəflətən verilib.

Yeni qaydalara əsasən Baham adalarına səyahətə icazə verilənlər səyahət etməzdən 10 və ya daha az gün əvvəl akreditə olunmuş laboratoriyalarda COVID-19 testindən keçməli və ya 14 gün müddətində karantində saxlanmalıdır.

"Təəssüflər olsun ki, evimizdə vəziyyət daxili iqtisadiyyatımızı yenidən açmağa başladığımızdan və beynəlxalq sərhədlərimizi yenidən açdıqdan bəri xeyli pisləşdi" - deyə, baş nazir Hubert Minnis bazar günü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG