Accessibility links

Bahar Muradova: Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur


Bahar Muradova
Bahar Muradova

Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını deyib.

Vitse-spikerin bu açıqlamanı dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları günü münasibətilə çıxışında verdiyi bildirilir.

O bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olması barədə deyilənlərə də münasibət bildirib:

"Bilirsiniz, hüquq müdafiəçiləri bununla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Mən bu yaxınlarda bir hüquq müdafiəçisi ilə söhbət etmişəm. O, başqa bir rəqəm söyləyir...".

Bahar Muradova deyib ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur.

"Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var", o vurğulayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda azadlıqların pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

Azərbaycanda siyasi məhbuslarla bağlı əsasən iki siyahı var. Bu siyahılarda rəqəmlər 150 civarında dəyişir. Onların arasında bir neçə jurnalist və bloqqerin də adı yer alır.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır. Yüksək səviyyəli hökumət rəsmiləri bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı hüquq və azadlıqlaırn pozulması ilə bağlı tənqidləri bir qayda olaraq qərəzli adlandırır.

XS
SM
MD
LG