Accessibility links

Bəhram Bağırzadə: Azərbaycanda istedadlı gənclər çoxdur [Audio]


KVN ulduzu Bəhram Bağırzadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:57 0:00


Azərbaycanın məşhur “Şən və Hazırcavablar Klubu” – KVN-in ulduzu biri Bəhram Bağırzadənin Amerikanın Səsinə müsahibəsi.

Vaxilə KVN – Şən və Hazırcavablar qrupunun üzvü Bəhram Bağırzadə ilə söhbət zamanı o, ən əvvəl Azərbaycan vətəndaşı olduğu ilə fəxr etdiyini dedi. O, hansı sənətə sahib olursa-olsun, istər aktyor, istər fotoqraf, istərsə də rəssam-karikaturaçılıq sənəti, onun üçün ən vacib amilin vətənpərvərlik və ailəsinin olduğunu bildirdi.
Bəhram vaxtilə valideynlərinin ona aşıladıqlarını indi onun öz övladlarına vermək istədiyini və gələcəkdə övladları ilə fəxr etmək, onlara baxıb sevinmək arzusunda olduğunu dedi.

Bəhram Bağırzadə Azərbaycan xalqının istedadlı xalq olduğunu, lakin indiki gənclərin lazım olan səmtə yönəldilməli olduğunu vurğuladı, O, Sovet İttifaqı dövrünün mənfi cəhətləri kimi müsbət cəhətlərinin də olduğunu, təhsil sisteminin düzgün qurulduğunu və o dövrdə gənclərin boş vaxtlarını daha səmərəli keçirdiklərini bildirdi. Lakin Bəhram onu da əlavə etdi ki, valideyinlərdə də səhv var, onlar uşaqları ilə daha çox məşğul olmalıdırlar.

Bəhram Bağırzadə hal-hazırda ölkədəki təhsil sistemindən razı olmadığını desə də, dövlətin gənclərin xaricdə oxumalarına şərait yaratdığını və həmin savadlı ordunun geri, Azərbaycana gəlib işləyəndə, dövlətin nə qədər irəli gedəcəyinə ümid etdiyini dedi.

Yeni KVN - "Şən və Hazırcavablıar Klubu" hal-hazırda fəaliyyət göstərirmi sualının cavabında Bəhram Bağırzadə Bakı və Moskvada üç komandanın fəaliyyət göstərdiyini, lakin maliyyə və digər səbəblərə görə həmin komandaların beynəlxalq səhnəyə çıxa bilmədiklərini böyük təəssüf hissi ilə vurğuladı.

Bəhram Bağırzadə Sovet dövründə klublara Komsomol kimi qurumların yardım etdiyini dedi və mərhum Anar Məmmədxanov kimi güclü liderlərinin olduğunu bildirdi.

Sabiq KVN ulduzu özünün “Şən və Hazırcavablar Klubu”-nu yaratmaq istəyərmi sualının cavabında isə təəssüflə lider keyfiyyətinə malik olmadığını, lakin belə bir klubu yaratmaq istəyənə yardım etməyə hazır olduğunu dedi. O, KVN-nin sıravi əgsəri olduğunu və ömrünün axırınadək də əsgər olaraq qalacağını bildirdi.
XS
SM
MD
LG