Accessibility links

Bəhreyndə aparıcı müstəqil qəzet yanlış məlumatlar yaydığına görə cərimə edilib


Bəhreyndə aparıcı müstəqil qəzet yanlış məlumatlar yaydığına görə cərimə edilib
Bəhreyndə aparıcı müstəqil qəzet yanlış məlumatlar yaydığına görə cərimə edilib

Bəhreyndə məhkəmə ölkənin aparıcı müstəqil qəzetlərindən birinin baş redaktoru və onun üç həmkarını bu ilin əvvəli şiələrin keçirdiyi etiraz nümayişlərinin dağıdılması zamanı pozuntular haqda yanlış məlumatlar verdiklərinə görə cərimə edib. Məhkəmə Əl Vasat qəzetini yanlış məlumatlar yaymaqda günahkar tanıyıb və dörd nəfərin hər birinin 2650 dollar məbləğində cərimə ödəməli olduğu haqda qərar çıxarıb. Qəzetin baş redaktoru Mənsur Əl-Cəmri yanlış məlumatların yayıldığını etiraf edib, lakin deyib ki, işin təşkilatçıları olan Səudiyyə Ərəbistanındakı şəxslər qəzeti aldararaq, qəsdən onlarayanlış infromasiya veriblər. Jurnalistlərin məhkəməyə cəlb olunması Bəhreyn hökumətinin fərqli düşünən insanlara qarşı geniş təqib kampaniyasının bir hissəsidir.

XS
SM
MD
LG