Accessibility links

Bakı Şəhər Prokurorluğu jurnalistlərə xəbərdarlıq edib


Bakı Şəhər Prokurorluğu
Bakı Şəhər Prokurorluğu

Bir qrup müstəqil jurnalistlər, - Nurlan Cəfəri, Nurlan Qəhrəmanlı, Rafael Hüseynzadə və Əvəz Hafizli Bakı Şəhər Prokurorluğuna dəvət olunaraq xəbərdarlıq olunublar.

Bu barədə frelanser (freelancer) jurnalistlərin özləri məlumat veriblər.

Jurnalistlərin sözlərinə görə, onlar fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında aksiyaya görə xəbərdarlıq olunub.

"Bizə yazılı xəbərdarlıq ediblər, yazıblar ki, prokurorluq tərəfindən araşdırma aparılıb və müəyyən olunub ki, fevralın 11-də saat 19 radələrində bir qrup şəxs yerli icra hakimiyyət orqanları ilə razılaşdırılmamış və nəticə etibarilə nəqliyyat hərəkatının iflic olmasına, ətrafdakı insanların haqlı narazılığa səbəb olmuş, sahibkarlıq subyektlərin iş rejiminə, bütövlükdə ictimai-siyasi asayışın pozulmasına səbəb olmuş qanunsuz aksiyanın qarşısı alınarkən jurnalistlərin peşə fəaliyyətinə zidd olan qeyri-etik hərəkətlər müəyyən olunub, eləcə də polis əməkdaşların fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilib. Bizi bu hərəkətlərdə ittiham edirlər, lakin biz həmin saatda ümumiyyətlə orada olmamışıq, sonra gəlmişik. Biz, bitərəf jurnalistik və aksiyaya müdaxilə etmədən olan hadisələri çəkirik. Bizi polis əməkdaşları aksiyadan sonra "Semaşko" xəstəxanasının qarşısında təhqir edib, bizə qarşı fiziki təzyiq göstəriblər. Bunu araşdırmaqdansa, bizə xəbərdarlıq edirlər. Bəzi jurnalistlərin telefonları hələ də tapılmayıb. Bizə bu gün burada deyilib ki, biz video çəkirik və xaricə ermənipərəst qüvvələrə ötürürük. Bu uydurmadan başqa bir şey deyil. Biz bu xəbərdarlığa qol çəkmədik və qanunla araşdırmanı tələb edirik. Biz yenə də peşə fəaliyyətimizi davam etdirəcəyik," Əvəz Hafizli qeyd edib.

Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluqdan məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG