Accessibility links

Bakı şəhərində koronavirusa qarşı kompleks dezinfeksiya işləri görüləcək


Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü, avqustun 14-də küçələrin dezinfeksiyası üzrə görüləcək işlərlə bağlı paytaxt sakinlərinə müraciət edib.

İcra hakmiyyətinin müraciətində deyilir ki, COVİD-19-a yoluxan şəxslərin sayının kəskin artması ilə əlaqədar Bakıda vətəndaşların qorunması və virusun yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ümumşəhər dezinfeksiya həftəsi elan edib. Bu tədbirlər çərçivəsində avqustun 14-də paytaxtın əsas küçələrində, prospektlərdə və yollarda, ətraf qəsəbələrdə xüsusi kimyəvi vasitələrlə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Tətbiq olunan maddələrin "toksikliyini" nəzərə alaraq, şəhər rəhbərliyi sakinləri şənbə günü zərurət olmasa küçəyə çıxmamağa çağırır.

XS
SM
MD
LG