Accessibility links

"Bakı - Qara Şəhər, Ağ Şəhər" sərgisi


"Bakı - Qara Şəhər, Ağ Şəhər" sərgisi
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Baku İdeaLabda Niderland Krallığının Səfiri Cənab Onno Kerversin fotolarından ibarət sərgi keçirilib.

"Bakı - Qara Şəhər, Ağ Şəhər" sərgisinin məqsədi Bakının memarlıq irsinin müxtəlif tərəflərini göstərməkdir.

Sərginin bir üzü neft sənayesi sahələri, digər tərəfi isə yeni Bakı şəhərləşməsinin təzahürüdür. Həmin atmosferi təsvir etmək üçün ağ-qara fotoşəkillərdən istifadə edilib.

Fotoqraf şəkillərdə paytaxtın təzadını: müasir binalar, qədim tikililər və sovet dövrü tikililəri əks etdirib.

Onno Kervers 2016-cı ildən Niderland Krallığının Azərbaycandakı səfiridir. O, 5 il İstanbulda yaşayıb və türk fotoqraf Ara Gülərdən ilhamlanaraq küçə fotoqraflığı istiqamətində özünü inkişaf etdirib.

Sərgi cənab səfirin bu sahədəki təcrübəsi və sənət yolunu dəyişdirən məqamları bölüşməsi ilə davam edib. O, daha sonra sərgilənən fotoların çəkilmə tarixçəsini bölüşüb.

Tədbir zamanı Qani Nəsirov iştirakçılara sərgidə təqdim olunan binaların tarixi haqqında məlumatlar verib.

XS
SM
MD
LG