Accessibility links

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında insident


Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında insident
please wait

No media source currently available

0:00 0:01:02 0:00

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında insident

Məhkəmədə Saleh Rüstəmov və AXCP fəallarının işinə baxılır

Yanvarın 25-də bir neçə fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılıb.

Hadisə "AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında" iş üzrə iclas başlamazdan əvvəl baş verib. Zala məhdud sayda insan buraxılıb. Bu zaman 30-a yaxın insan içəri buraxılacaqları ümidi ilə girişdə gözləyib. Amma polis onları sıxışdırıb, bir neçə nəfəri, o cümlədən sözügedən işin fiqurantı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmovu saxlayıb.

Saleh Rüstəmov
Saleh Rüstəmov

Məhkəmə davam edir. Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və AXCP funksioneri Babək Həsənov məhkəmədə sərbəst çıxışında istintaq zamanı ağır içgəncələrə məruz qaldığını bildirib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov isə mayın 8-də həbs edilib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

​Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG