Accessibility links

Bakı Apellyasiya Məhkəməsi jurnalisti cərimələyib


Bakı Apelyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızı ilə bağlı birinci instansiya məhkəməsinin qərarını dəyişib.

Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə jurnalistin 1000 manat cərimələnməsi barədə qərar qəbul edib.

Məhkəmə hesab edib ki, jurnalistin 251 nömrəli məktəbin direktor müavini barəsində şərəf və ləyaqəti aşağılayan bilgilər yayıb.

Bu barədə məlumatı vəkil Zibeydə Sadıqova verib.

Jurnalist Sevinc Vaqifqızı Amerikanın Səsinə bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarını ədalətli hesab etmir və qərardan kassasiya şikayəti verəcək.

Məhkəmə işinin predmeti 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı çəkilib-yayılmış video görüntülərdir. Həmin vaxt jurnalist səsvermə prosesindən reportaj hazırlamışdı. Jurnalist 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə almışdı. Həmin görüntülərdə Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür, səsverməyə nəzarət edir. Meydan TV həmin görüntüləri “Karuselə nəzarət edən direktor müavini” başlığı ilə təqdim etmişdi.

Narazı direktor müavininin mülki iddiasına əvvəlcə Binəqədi Rayon Məhkəməsi baxmışdı. İddia qismən təmin olunmuşdu. Məhkəmə hesab etmişdi ki, şərəf və ləyaqətin aşağılanması iddiası əsaslı deyil, təzminat və üzr istəmək tələbi rədd edilməlidir. Məhkəmə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsini həqiqətə uyğun olmayan saymışdı.

XS
SM
MD
LG