Accessibility links

Bakı Apellyasiya Məhkəməsi keçmiş səfir Eldar Həsənovun şikayətini təmin etməyib


Eldar Həsənov
Eldar Həsənov

Mayın 8-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun həbs qətimkan tədbirinin uzadılmasına dair Binəqədi rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. Eldar Həsənov səhhətindəki problemlərə görə məhkəmə iclasında iştirak etməyib.

Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində məlumat yayıb.

“Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun işi ilə bağlı Məhkəmə Qaydalarının 39-cu maddəsinə əsasən müvəkkilimizin təcili olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalına stasionara yerləşdiriliməsini, zəruri müayinə, müalicə, tibbi əməliyyatlar aparılmasına dair qərar qəbul edib və bununla bağlı Məhkəmənin məlumatlandırılmasını istəyib. Ümid edirik ki, bundan sonra müayinələr obyektiv olacaq. Eldar müəllimin səhhəti əvvəlki kimi ağırdır, sözlə izah ediləsi deyil,” vəkil qeyd edib.

Mayın 3-də Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə Həsənov barədə həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov, Cavad Cavadov media vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib.

Müraciət Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatı üçün təhlükə yaranması ilə əlaqədar təcili tibbi müdaxilənin aparılmasının vacibliyi haqqındadır.

Müraciətdə deyilir ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, cinayət işi uzrə cinayət-prosessual qanunvericiliyin tələbələrinə uyğun olaraq tam obyektiv və hərtərəfli istintaq aparılır.

Mətbuat Xidməti həmçinin bundan bir neçə gün öncə Amerikanın Səsinə bildirmişdi ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Həsənov 2013-cü ildən 2020-ci ilədək Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri idi. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG