Accessibility links

Bakı-Gəncə-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı işləyəcək


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarının hərəkətinə start verəcək. Bu, Bakı-Sumqayıt-Bakı sürətli sərnişin qatarından sonra ikinci olacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatıan görə, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən yola düşəcək. Qatar 364 kilometr məsafəni 4 saat 28 dəqiqəyə qət edəcək.

Qatar yalnız Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaq edəcək.

4 vaqondan ibarət olan qatarda birinci klass, biznes klass və standart yerlər olmaqla, 367 oturacaq var.

Standarat yerlər üçün bir biletin qiyməti 15 manat, biznes klass üçün 50 manat, birinci klass üçün 100 manatdır.

XS
SM
MD
LG