Accessibility links

Bakı meriyası Müsavat Partiyasının mitinq keçirməsini məqsədəuyğun saymır


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-də Mehman Hüseynov və digər siyasi məhbuslara dəstək məqsədi ilə mitinq keçirmək barədə müraciətinə müsbət cavab verməyib. İcra hakimiyyəti mitinq keçirilməsini məqsədəuyğun hesab etməyib.

Müsavat Partiyası icra hakimiyyətinin cavabını “Sərbəst Toplaşmaq Azadlığı Haqqında” qanunun tələblərinə zidd hesab edir.

“Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyətinin bu qərarının “Sərbəst Toplaşmaq Azadlığı Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərinə zidd olduğunu bəyan edir”, partiya bildirir.

Müsavat Pariyası bəyan edir ki, ölkədə fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma hüququnun təmin olunması, Mehman Hüseynov barəsində qaldırılan qondarma cinayət işinin xətm edilməsi uğrunda mübarizəsini davam etdirəcək.

Müsavat partiyası mitinq keçirir
Müsavat partiyası mitinq keçirir

“Müsavat Partiyası bir daha hakimiyətdən Mehman Hüseynovun və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir”, partiyanın bəyanatda deyilir.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də artıq 16-cı gündür qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir.

Blogerə qarşı yeni cinayət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, "PEN Amerika", AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.

Müsavat Partiyası bir daha hakimiyətdən Mehman Hüseynovun və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir.
Müsavat Partiyasının bəyanatından

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG