Accessibility links

Bakı meriyası nə Milli Şuraya, nə də Müsavata mitinq keçirməyə icazə verdi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın və Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə baxıb.

Bakı meriyası istər Milli Şuranın, istərsə də Müsavat partiyasının mitinq keçirməsinə razılıq verməyib.

Milli Şura aprelin 6-da Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul"), Müsavat partiyası isə aprelin 7-də Məhsul stadionu, Dərnəgül metrostansiyası yanındakı meydan və T. Bəhramov adına stadion qarşısındakı meydanların birində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Müsavat başqanı Arif Hacılı meriyanın bu qərarını belə dəyərləndirib:

“Müsavat Partiyasının 7 aprel tarixində Məhsul stadionu, Dərnəgül metrostansiyası yanındakı meydan və T. Bəhramov adına stadion qarşısındakı meydanların birində kütləvi aksiya keçirmək barədə müraciətinə rədd cavabı verilib. Bəhanələri kəsmək üçün əslində kompromis imkanları olan, alternativlərin də göstərildiyi təkliflərimiz qəbul edilməyib. Sərbəst Toplaşma Azadlığı haqqında qanun növbəti dəfə pozulub. “

Xalqın öz iradəsini ifadə etməsi üçün ən vacib hüquqlardan biri olan Sərbəst Toplaşma Azadlığının təmin olunması uğrunda mübarizəmiz hüquqi və siyasi müstəvidə davam edəcək” - deyə, o bildirib.

Milli Şura isə hələlik meriyanın bu qərarını şərh etməyib.

Xatırladaq ki, sonuncu dəfə Bakıda Milli Şura bu il yanvarın 19-da mitinq keçirib. Bakı Şəhər Baş Polis İdarəsi mitinqdən dərhal sonra əvvəlcə məlumat yaydı ki, aksiya qanun çərçivəsində keçirilib. Amma yanvarın 21-də yaydığı təkrar məlumatda isə bildirirdi ki, mitinq qanun pozuntuları ilə keçirilib, mitinq keçirilən məkana yaxın yerlərdə əhalinin istirahətinə və iş adamlarının fəaliyyətinə maneçilik törədib. Həmin vaxtdan bu yana müxalif qüvvələrin aksiyalar keçirmək müraciətləri mənfi cavablandırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG