Accessibility links

Bakı meriyası piketə icazə verməyib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Bakı şəhər İcra Hakimiyyəti deputatlığa namizədlərin martın 5-də Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirməsini məqsədəuyğun hesab etmir.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin piketin təşkilatçısı, deputatlığa namizəd Bəxtiyar Hacıyevə cavab məktubunda deyilir.

Bakı meriyasının cavab məktubu
Bakı meriyasının cavab məktubu

Bakı şəhər İcra Hakimiyyəti hesab edir ki, deputatlığa namizədlərin şikayətlərinə Mərkəzi Seçki Komissiyasında baxılıb və “Seçki Məclləsi”nə zidd olan hallarda məntəqələrdə səsvermənin nəticələri ləğv edilib.

“Məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyatı üzrə mütaciət etməyiniz tövsiyyə edilir,” Bakı şəhər İcra Hakimiyyəti bildirir.

Bəxtiyar Hacıyev facebook səhifəsində yazır ki, seckilərin nəticələrinə etiraz ucun Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriblər.

“Bakı şəhər İcra Hakimiyyəti isə cavabında bizə tövsiyyə verib. Prezident deyir narazılar varsa, səslərini çıxarsınlar. Eldar Əzizov deyir ki, icazə vermirəm. Günah bizdədir ki, sizin bizə icazə verəcəyiniz mövqedə qalmağınıza icazə vermişik,” Hacıyev yazır.

Prezident deyir narazılar varsa, səslərini çıxarsınlar. Eldar Əzizov deyir ki, icazə vermirəm.
Bəxtiyar Hacıyev, deputatlığa namizəd


Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edir.

Mərkəzi Seçki Komissiyası 4 seşki dairəsində və 328 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb.

Konstitusiya Məhkəməsi martın 5-də parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun təsdiqi məsələsinə baxacaq.

Polis MSK-nın qarşısında deputatlığıa namizədləri tutur
Polis MSK-nın qarşısında deputatlığıa namizədləri tutur

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatındadeyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG