Accessibility links

Bakı meriyası Xalq Hərəkatının mitinqinə razılıq verməyib


Azərbaycan Xalq Hərəkatı

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatının mayın 25-nə təyin etdiyi mitinqə razılıq verməyib.

Bu barədə Amerikanın Səsinə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

“Mayın 22-də mən Bakı şəhər İcra Hakimiyyətinə çağırıldım. Orada mitinqə razılıq verilmədiyini bildirdilər. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarsəinə, daha sonra isə Bakı şəhər Baş Polis İdarəsinə dəvət edildim. Hər iki qurumda icazəsiz mitinqə cəhd olarsa qarşısının amansızlıqla alınacağı barədə xəbərdarlıq etdilər”, o qeyd edib.

Şakiroğlunun sözlərinə görə, Azərbaycan Xalq Hərəkatı mitinq keçirəcəyini elan etdikrədn sonra qurumun İdarə Heyətinin 26 üzvündən 19-u saxlanılıb.

“Biz, İdarə Heyətinin azadlıqda qalan 7 üzvü mayın 23-də Liberal-Demokrat Partiyasının qərargahında fövqəladə iclas keçirəcəyik. İclasdan sonra isə saat 13-də mətbuat konfransı olacaq,” o bildirib.

Öz növbəsində rəsmi qurumlar Xalq Hərəkatının bəyanatlarına və İdarə Heyətinin üzvlərinin saxlanılması barədə məlumatlarına hələ münasibət bildirməyib.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

XS
SM
MD
LG