Accessibility links

Bakı metropolitenində əlil arabasında hərəkətin tətbiqinə başlanılıb


Əlil arabasında metroda hərəkət edən insan

Bakı metropolitenində ilk dəfə olaraq fiziki imkanları məhdud şəxslərin əlil arabalarında hərəkətinin təminatı sisteminin tətbiqinə başlanılıb. İşlər 2018-ci ilin sentyabrında elan edilmiş "Bakı Metropoliteni" QSC-nin sosial layihəsinə uyğun olaraq həyata keçirilir. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.

Yaradılmış xüsusi işçi qrupu vəziyyəti təhlil edib, araşdırma və müzakirələr aparıb, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanlarını öyrənib. İlkin əyani sınaq keçirilib. Vətəndaş Cəmilə Məmmədlinin iştirakı ilə bütün proses əyani təşkil edilib. Nəticələrə əsasən qərara alınıb ki, fiziki imkanları məhdud şəxsləri metroya girişdən təyinat yerində çıxışa qədər metro işçiləri müşayiət edəcəklər.

Əlil arabasında metroda hərəkət edən insan
Əlil arabasında metroda hərəkət edən insan

Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya İnternet proqramı vasitəsilə sifarişini verə biləcək. Bundan ötrü telefona əlavə kimi proqram yüklənəcək. Baş vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Yerlər hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılacaq.

Əvvəllər bu vaqonlar əlil arabasında olan şəxslər üçün nəzərdə tutulmurdu. Belə ki, 2016-cı ilədək inşa edilmiş metro stansiyaları (Qırmız və Yaşıl xətlər) fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulmurdu, onlarda lift quraşdırmaq mümkün deyil. Əlil arabasında olanlar xüsusi, seçilmiş və xaricdən alınmış, hərəkətsiz insanları eskalatorda daşımaq imkanları olan qurğularda hərəkət edəcəklər. Qurğu metropolitenin xüsusi təlim keçmiş işçiləri tərəfindən idarə olunacaq. Belə işçilərdən ibarət qrup hazırda təlim keçir.

2016-cı ildən sonra tikilmiş Bənövşəyi xətt hərəkət qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulub. "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında belə sərnişinlərin daşınması üçün liftlər quraşdırılıb.

Əsasən texniki problemlər həll edilib, tezliklə layihə işə düşəcək", - mətbuat xidməti bildirib.

Səkilərdə pandus
Səkilərdə pandus

Metropolitenin saytında bildirilir ki, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılması üzrə işlər görülür. Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb. Belə şəxslərin müstəqil hərəkət etməsi üçün relyef örtüklü yol qurulub.

2018-ci ildə ilk dəfə olaraq Bakıda səkilərdə üzərində arabada əlil adam rəsmi olan panduslar inşa edilib. Panduslar səkiyə avtomobilin girişinin qarşısını alan maneələrlə əhatə edilib. Eyni zamanda ötən il paytaxtın yeraltı keçidlərində bir neçə eskalator sıradan çıxıb. Piyadalar hündür pilləli eskalatorları ayaqla qalxmalı olur ki, bu da sağlam adam üçün də çətindir. Fiziki imkanları məhdud şəxslər üçün keçilməz maneəyə çevrilir. Paytaxtda çoxdan tikilmiş yeraltı keçidlərin bir çoxu fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulmayıb. Yeraltı keçirdlərdə olan pandusların üzərində əlil arabaslnın hərəkəti isə onların narahat olmasına görə təhlükəlidir.

XS
SM
MD
LG