Accessibility links

Bakı metrosunda hərəkət dayanıb, sərnişinlər təxliyə edilib


Fevralın 27-də Bakıda elektrik enerjisi təchizatında yaranmış problem səbəbilə metronun fəaliyyətində fasilə yaranıb.

Bu barədə "Turan" agentliyinə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildiriblər.

Qurumun mətbuat xidmətininin məlumatına görə, fasilə gərginliyin düşməsi nəticəsində yaranıb və hazırda xətlərin bütün sahələrində gərginlik bərpa olunub: "Yalnız 'Həzi Aslanov', 'Əhmədli', 'Xalqlar Dostluğu' stansiyalarının fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub. Gərginliklə bağlı problem olan sahə yoxlandıqdan sonra qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunacaq'.

Qurumdan əlavə ediblər ki, qatarlara dizel generatorlar qoşulub: "Bunun sayəsində qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlər təxliyə olunub".

Bakıda bəzi yerlərdə işıqlar sönüb

Bu gün, fevralın 27-də Bakı şəhərin bəzi yerlərində elektrik verilməsi ilə bağlı problem yaranıb və işıqlar kəsilib.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) də "Turan" agentliyinə bu məlumatı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, yarımstansiyaların birində baş vermiş qəza nəticəsində Bakının bir hissəsində elektrik enerjisi verilməsində fasilələr yaranıb. "Hazırda problem aradan qaldırılıb və elektrik enerjinin verilməsi tədricən bərpa edilir", - qurumdan əlavə ediblər.

XS
SM
MD
LG